Sosial sahibkarlıqla bağlı ictimai müzakirələr başlanıb
Tarix: 13.08.2020 | Saat: 15:39:00 | E-mail | Çapa göndər


Sosial sahibkarlıq sosial, mədəni və ətraf mühit məsələlərinin çözümünə istiqamətlənmiş, sərbəst bazar qaydalarına əsaslanan iqtisadi fəaliyyət növüdür. Hazırda dünyada prioritet trendlərdən birinə çevrilmiş bu fəaliyyət növü icma əsaslı problemlərə yeni həll yolları gətirərək ümumi maraqlara xidmət edir. Sosial sahibkarlar isə maddi fayda və mənfəəti ikinci plana alaraq, əsas hədəf kimi sosial problemlərin həllini seçirlər.
Azərbaycanda bu sahə yeni olmasına baxmayaraq artıq müəyyən addımlar atılIb. Təhsil və sosial sahibkarlıq sahəsində ixtisaslaşan Education HUB bu sahəyə ictimaiyyətin diqqətini yönəlmək üçün silsilə müzakirələrə başlayıb. Müzakirələrdə sosial sahibkarlığın Azərbaycan qanunvericiliyində hüquqi bazası, social sahibkarlığın ölkəmizə gətirdiyi və gətirə biləcəyi faydalar, eləcə də rastlaşılan çətinliklər müzakirə olunub. Avqustun 11-də keçirlən müzakirənin moderatorları hüquqşünas Abil Bayramov və Education HUB-ın Proqram Meneceri Gulnara İsmailova olub.
Çıxış edən sosial sahibkarlar – Vüsalə Məhərrəmova, Sara Rəcəbli, Reyhan Məmmədova, Ülviyyə Babayeva maarifləndirmənin vacibliyini vurgulayaraq sosial sahibkarların cəmiyyət üçün gətirdiyi dəyərlər haqda danışıblar. Şərq Tərəfdaşlıq Vətəndaş Cəmiyyətin proqramının təqaüdçüsü Arzu İsmayılova sosial sahibkarlıqda innovativ təşəbbüslərin önə çəkilməsinə xüsusi diqqət yetirib. Müzakirı iştirakçıları Sosial sahibkarlığın qanunvericiliklə hüquqi statusunun tənzimlənməsi, vergi güzəştlərinin hazırlanması və sair məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. Education HUB tərəfindən Sosial Sahibkarlar Assosiyasının yaradılması təşəbbüsü irəli sürülüb və iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.




 
Bölməyə aid digər xəbərlər
24.09.2020
“Azərbaycan mədəniyyətinin təbliğində Heydər Əliyev Mərkəzlərinin rolu”
24.09.2020
Xalqımızın halal haqqı
23.09.2020
Azərbaycanda koronavirusa görə vaksinlər ilk kimlərə vurulacaq?
23.09.2020
Tarixçi: Biz Arsak toponimini daha çox təbliğ etməliyik
23.09.2020
Bakcell və tərəfdaşları ilə “Xəzəri qoruyaq”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 Ətli dovğa
2 Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib
3 Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib
4 Düşmən astanada: Pentaqon rəsmiləri nə üçün amerikalıları böyük müharibə ilə qorxudur?-VİDEO
5 Baş Prokurorluq ibtidai sinif müəlliminin intiharı ilə bağlı yeni məlumat yayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info