Olimpiya stadionu və Böyük Su-Hovuz Kompleksi 2015-ci ilin fevralında istifadəyə veriləcək
Tarix: 29.10.2013 | Saat: 22:46:00 | E-mail | Çapa göndər


Patrik Hikki: “Avropa Oyunlarının keçirilməsinə hazırlıq prosesində böyük irəliləyişlərə nail olunub”

“Azərbaycan rəhbərliyi 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının keçirilməsinə böyük dəstək verir və işlərin gedişatı yaxşı vəziyyətdədir”. Bunu Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Bakıda keçirilən mətbuat konfransında deyib.
P.Hikki bildirib ki, yarışlara hazırlıq prosesində böyük irəliləyişlərə nail olunub, Təşkilat Komitəsinin işi qrafikə uyğun aparılır. Onun sözlərinə görə, bu oyunların uğuru həm Azərbaycanın, həm də Avropanın uğuru olacaq. Gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, qısa bir müddətdə böyük bir irəliləyiş əldə olunub: “Biz qətiyyətlə deyə bilərik ki, "Bakı 2015" Olimpiya Oyunları dünya idman tarixində böyük rol oynayacaq. Hazırda işin gedişindən görünür ki, yarışların keçirilməsi üçün nəzərdə tutulan bütün məsələlər vaxtında həll olunacaq. Oyunları vaxtında keçirməyə nail olacağıq". Nazir bildirib ki, idman qurğularının 80-90 faizi 2014-cü ilin sonuna qədər hazır olacaq: "Biz bu oyunlara böyük önəm veririk və çalışırıq ki, bu oyunlar Azərbaycanın idman tarixində bir irs kimi qalsın. Oyunlar üçün tikilən obyektlər Azərbaycanın gələcəyi üçün tikilir. Yəni Bakıda bir sıra idman növləri üzrə ilk dəfə yarışlar keçiriləcək, Azərbaycan gəncləri yeni idman növləri ilə tanış olacaq və bu idman növlərinin Azərbaycanda da inkişaf etdirilməsi üçün şərait yaranacaq". A.Rəhimovun sözlərinə görə, 65 minlik Olimpiya stadionu və Böyük Su-Hovuz Kompleksi 2015-ci il fevralın əvvəlinə istifadəyə veriləcək: “Hazırda bir gün də istirahət etməyə vaxt yoxdur. Görülən işlər bütün idman qurğularının vaxtında tikilib istifadəyə veriləcəyini deməyə əsas verir”. Nazir qeyd edib ki, Azərbaycan Avropa Oyunları ilə bir ənənə yaratmaq istəyir: "Bu oyunlar miqyasına görə Azərbaycan idman tarixində ən böyük tədbirdir. Ona görə də biz ölkədə infrastrukturla yanaşı bütün sahələrdə irəliləyişə nail olmaq istəyirik".




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Prezident Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında iştirak edir
19.02.2019
Lerik rayonunun Pirəsora və Conu kəndlərində tibb məntəqəsi tikiləcək
19.02.2019
Gözəllik salonlarından oğurluq edən şəxs saxlanılıb
19.02.2019
Masallı MKS-də böyük Azərbaycan dramaturquna həsr olunmuş tədbir keçirilib
19.02.2019
Masallı rayonunda zəlzələ baş verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info