“Yeni Dövlət İdarəçiliyi” mövzusunda Onlayn “Dəyirmi Masa”
Tarix: 13.08.2020 | Saat: 17:44:00 | E-mail | Çapa göndər


“Hüquqi Təhlil və Araşdırmalar”İctimai Birliyi və Azərbaycan “Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti” Şəbəkəsi Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələrinin iştirakı ilə 12 avqust tarixində “Yeni Dövlət İdarəçiliyi” mövzusunda onlayn “dəyirmi masa” keçirmişdir.
Tədbirdə çıxışçı, Şəbəkənin eksperti, Ankara Hacı Bayram Vəli Universitetinin “Dövlət və Bələiyyə İdarəçiliyi” ixtisası üzrə Doktorantı, İsmayıl Kərimov olmuşdur. Görüşün moderatoru, Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri, London Metropolitan Universitetinin doktorantı Ramil İskəndərli olmuşdur.
Tədbirdə İsmayıl Kərimov təqdimatında yeni dövlət idarəçiliyi anlayışı, elektron dövlət anlayışı, dövlət idarəçiliyində strateji idarəçilik və performans dəyərləndirməsi, yeni dövlət idarəçiliyində ictimai iştirakçılıq, kadr siyasəti məsələləri ilə bağlı mövzu təqdim edilmiş və interaktiv qaydada görüş iştirakçıları ilə birgə müzakirə olunamuşdur.

Mövzu ətrafında müzakirələrdə Rəşad Abilzadə, Eynulla Xeyrullayev, Nailə İsmayılova, Məxluqə Qəhrəmanlı, Elmari Məmişov, Möhübbəli Nağıyev və digərləri öz fikirlərini bildirmiş və təkliflərini səsləndirmişlər. Görüşdə həmçinin Dövlət Miqrasiya Xidmətinin yanında İctimai Şuranın sədri Azər Allahverənov, QHT nümayəndələri Əhməd Abbasbəyli, Cəlal Əmənov, Mətanət Zeynalova, Əli Fərzəliyev və digərləri iştirak etmişlər.

İştirakçılar çıxışlarında aşağıdakı təklifləri səsləndirmişlər:
- Dövlət idarəçiliyində neo-liberal islahatlar zamanı müsbət məqamlar olduğu kimi, mümkün mənfi məqamlara da diqqət etməyin vacibliyi
- Dövlət idarəçiliyində daha peşəkar kadrların idarəetmə prosesinə cəlb olunması
- Qadınların dövlət idarəçiyilində iştirakçılığının təminində formallıqdan qaçılması
- Yerli icra orqanları heyətinin idarəetmə üzrə peşəkar təlimlərə cəlb olunması və dövlət qulluğuna imtahan vasitəsilə seçilməsi
- Dövlət idarəçiliyində ictimai iştirakçılıq təkmilləşdırılməli
- QHT-lərin ictimai nəzarət funksiyası və dövlət layihələrində iştirakçılığı artırılmalıdır.
- Elektron hökümət konsepsiyasının uğurlu tətbiqinin davamı və keyfiyyət səviyyəsinin ölçülməsi üçün dəyərləndirmə alətlərinin təkmilləşdirilməsi
- ASAN xidmətin əhaliyə ictimai xidmətlər sahəsində müsbət təcrübəsinin digər əlaqədar dövlət orqanları ilə rəqabət mühiti yaratmaqla, təkmilləşdirilməsi və s.




 
Bölməyə aid digər xəbərlər
25.09.2020
Koronavirusla mübarizə aparan tibb işçiləri və könüllülərə iyul üzrə 359 min manat ödənilib
24.09.2020
“Azərbaycan mədəniyyətinin təbliğində Heydər Əliyev Mərkəzlərinin rolu”
24.09.2020
Xalqımızın halal haqqı
23.09.2020
Azərbaycanda koronavirusa görə vaksinlər ilk kimlərə vurulacaq?
23.09.2020
Tarixçi: Biz Arsak toponimini daha çox təbliğ etməliyik

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 Düşmən astanada: Pentaqon rəsmiləri nə üçün amerikalıları böyük müharibə ilə qorxudur?-VİDEO
2 Ekspert: İşləyən pensiyaçılar üçün yeni pensiya kapitalı formalaşacaq
3 Şamaxıda Kələxana türbələrində ilk dəfə tamaşa təqdim olunub
4 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
5 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info