Məhkumlara sovqat və banderolların verilməsi bərpa olunub
Tarix: 13.08.2020 | Saat: 21:40:00 | E-mail | Çapa göndər


Pandemiya ilə əlaqədar müvəqqəti dayandırılmış məhkumlara sovqat və banderolların ötürülməsi ölkə ərazisində karantin rejiminin yumşaldılması çərçivəsində bərpa olunub.

Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, həmçinin respublikada infeksiyanın yayılmasının getdikcə azalması nəticəsində karantin qaydalarının növbəti dəfə yumşaldılması nəzərə alınaraq sanitar-epidemioloji tələblərə ciddi riayət olunmaqla məhkumlara qısa müddətli görüşlərin verilməsi qərara alınıb.

Bununla əlaqədar penitensiar müəssisələrdə mövcud olan qısamüddətli görüş otaqları həmin tələblərə uyğun yenidən qurulub və danışıq qurğuları ilə təchiz edilmiş şüşə arakəsmələr və kabinalar təşkil olunub. Artıq müəssislərin çoxunda yaradımış bu şəraitə uyğun məhkum və həbs olumuş şəxslərə qısa müddətli görüşlərin verilməsinə başlanılmışdır.

Bununla yanaşı, ailələri ilə əlaqə saxlanılması məqsədilə məhbusların telefon danışıqları imkanları genişləndirilib.




 
Bölməyə aid digər xəbərlər
18.09.2020
Baş Prokurorluq ibtidai sinif müəlliminin intiharı ilə bağlı yeni məlumat yayıb
18.09.2020
Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib
17.09.2020
Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər
17.09.2020
Gələcəkdə fəxri ad alan şəxslərin üzərinə müəyyən öhdəliklər qoyula bilər
17.09.2020
Qeyri-peşəkar mətbuat işçilərinə nəzarət mexanizmi olmalıdır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Azərbaycan öz məmləkətimizdir“
2 Ölkəmizə gələn turistlər arasında sorğu keçirilib
3 Sığorta bazarını necə inkişaf etdirmək olar?
4 Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
5 Ayaqları kəsilən Rüstəm Nəbiyev inanılmazı bacardı - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info