Qəbələdə 3 yeni məktəb binasının tikintisinə başlanılıb
Tarix: 29.10.2013 | Saat: 22:52:00 | E-mail | Çapa göndər


Qəbələ rayonunda yeni məktəb binaları inşa edilir.
Rayonun Təhsil Şöbəsindən bildiriblər ki, bu günlərdə Qəbələ şəhərində 360, Yengicə kəndində 80 və Zirik kəndində 220 şagird yerlik yeni məktəb binalarının tikintisinə başlanılıb. Hazırda hər üç binada hörgü işləri görülür və təhsil ocaqlarının gələn il istifadəyə verilməsi nəzərdə tutulub.
Rayonda yeni məktəblərin inşası ilə yanaşı, bütün təhsil ocaqlarında tədrisin keyfiyyətinin artırılması üçün maddi-texniki bazanın gücləndirilməsi və kadr çatışmazlığı probleminin aradan qaldırılması istiqamətində ardıcıl işlər görülür. Bu günədək rayonun bütün ümumtəhsil ocaqları kompyuterlə təmin olunub, 40 məktəbdə kompyuter kabineti yaradılıb. Bundan əlavə, son bir ildə Təhsil Nazirliyinin təyinatı ilə Qəbələ məktəblərinə 20 gənc müəllim göndərilib və onlar ixtisaslarına uyğun işlə təmin olunublar. Hazırda rayonun məktəblərində çalışan pedaqoji işçilərin 77 faizi ali təhsillidir. Müəllimlərin 71 faizini qadınlar təşkil edir. Qeyd edək ki, ötən 10 il ərzində Qəbələdə 25 yeni məktəb binası tikilib, 4 məktəb əsaslı təmir olunub. Təhsil ocaqlarından 9-u Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində tikilmiş, biri isə əsaslı təmir edilib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info