Azərbaycan “Doing Business” hesabatında 3 pillə irəliləyib
Tarix: 29.10.2013 | Saat: 22:59:00 | E-mail | Çapa göndər


Dünya Bankının (DB) kiçik və orta sahibkarlıq sektorunun tənzimlənməsi üzrə hazırladığı «Doing Business-2014» hesabatında Azərbaycan 189 ölkə arasında 70-ci yeri tutub. Nəticədə, ötən illə müqayisədə Azərbaycan bu kateqoriya üzrə 3 pillə irəliləyib.
DB Azərbaycanda sahibkarlıq sahəsində bir neçə ciddi islahatların aparıldığını vurğulayıb. Bunların arasında biznesin başlanması prosesinin sadələşdirilməsi, Tikinti Məcəlləsinin qəbul edilməsi nəticəsində tikinti sahəsində şəffaflığın artırılması və proseduraların sadələşdirilməsi, gömrük proseduralarının təkmilləşdirilməsi kimi aspektlərə xüsusi önəm verilir. Bank gömrük proseduralarının təkmilləşdirilməsi ilə bağlı xüsusi olaraq bu sahədə «bir pəncərə» sisteminin tətbiqi ilə Azərbaycanın gömrük xidmətləri və ümumilikdə ticarət sahəsində əhəmiyyətli addım atdığını vurğulayır. Bildirilir ki, sistemin tətbiqi istiqamətində Dövlət Gömrük Komitəsi ilk addım olaraq beynəlxalq təcrübəni, o cümlədən Hollandiya, ABŞ, İsveç, Sinqapurda istifadə edilən sadələşdirilmiş sistemləri öyrənib. İkinci addım kimi bütün aidiyyəti qurumları birləşdirən, ən sadələşdirilmiş və minimum sənəd tələb edən və tam avtomatlaşdırılmış «bir pəncərə» sistemi tətbiq olunub. Azərbaycanın gömrük sahəsində tətbiq etdiyi «bir pəncərə» sistemi digər dövlətlər üçün nümunə kimi göstərilib. Ümumilikdə, Azərbaycan hesabatda bir neçə meyar üzrə çox yüksək yerlərə malik olub. Belə ki, biznesin başlanması üzrə Azərbaycan 10-cu, daşınmaz əmlakın qeydiyyat sistemi üzrə 13-cü, investorların hüquqlarının müdafiəsi üzrə 22-ci, müqavilələrə riayət olunması üzrə 28-ci yerdədir. Qeyd edək ki, DB-nın bu reytinqində ilk yeri Sinqapur tutub. Sonrakı yerlərdə Honkonq, Yeni Zelandiya, ABŞ və Danimarka qərarlaşıb. MDB ölkələri sırasında Rusiya bu siyahıda 92-cidir.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info