Türkiyә prezidenti Yunanıstana Şәrqi Aralıq dәnizi ilә bağlı reaksiya göstәrib
Tarix: 14.08.2020 | Saat: 17:43:00 | E-mail | Çapa göndər



Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Şәrqi Aralıq dәnizindә Türkiyәnin mülki gәmilәrinә edilәn әn kiçik hücumu belә cavabsız qoymayacaqlarını söylәyib.


Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Şәrqi Aralıq dәnizindә Türkiyәnin mülki gәmilәrinә edilәn әn kiçik hücumu belә cavabsız qoymayacaqlarını söylәyib.

Türkiyә prezidenti cümә namazından sonra gündәmdәki aktual mәsәlәlәri qiymәtlәndirib.
Әrdoğan bildirib ki,‘‘Oruç Reis’’ kәşfiyyat-axtarış gәmisi avqustun 23-dәk fәaliyyәtlәrini davam etdirәcәk. Almaniya kansleri Angela Merkel ilә bu mәsәlәlәri dünәn müzakirә etdik.Angela Merkel Yunanıstan Baş naziri Kiryakos Miçotakislә dә telefon әlaqәsi saxladı.

Miçotakisә beynәlxalq hüquq normalarına hörmәtlә yanaşması ilә әlaqәdar çağırış edәn Türkiyә prezidenti deyib: ‘‘Qәrbi Trakyada soydaşlarımızın qәbristanlığını yandırdılar. Bunlar heç müsbәt addımlar deyil. Biz hәyatda olan vә dünyadan köçmüş soydaşlarımızı tәk qoymarıq. Lazımi addımları vaxtı, saatı gәlәndә atarıq. Bunu çox açıq şәkildә ifadә edirik``.

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu da Şәrqi Aralıq dәnizindә artan gәrginliyә görә mәsuliyyәti Türkiyәnin deyil, Yunanıstanın daşıdığını bildirib.

Mövlud Çavuşoğlu isveçrәli hәmkarı İqnazio Kassis ilә görüş keçirdikdәn sonra mәtbuat konfransı tәşkil etdi.

‘‘Biz kәşfiyyat-axtarış fәaliyyәtlәrini hәyata keçirmәk üçün 2018-ci ilәdәk gözlәdik. Yunanıstan vә Kıbrıs Yunan icması bu fәaliyyәtlәri 2000-ci ildәn etibarәn davam etdirir’’,-deyә Mövlud Çavuşoğlu vurğulayıb.

Türkiyәnin dә bir addım atmaq mәcburiyyәtindә olduğunu deyәn Mövlud Çavuşoğlu qeyd edib ki, Avropa İttifaqına üzv dövlәtlәrin xüsusilә dönәm sәdri Almaniyanın xahişi ilә biz xoşniyyәt nümayiş etdirdik vә fәaliyyәlәrimizi müvәqqәti dayandırdıq. Bu müddәt әrzindә Yunanıstan Almaniya vә digәr ölkәlәrә xәbәr vermәdәn Misir ilә müqavilә bağladı. Yunanıstanın bu istiqamәtdәki addımı qәbul edilә bilmәz. Günahlandırılacaq bir ölkә varsa o da Yunanıstandır. Yunanıstan ‘‘Oruç Reis’’ gәmisinә hücum edәrsә lazımi cavabı alar.




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
Qardaş ölkədə güclü zəlzələ gözlənilir...
26.09.2020
BƏƏ ABŞ-a “ F-35“ döyüş təyyarələri almaq üçün rəsmi müraciət edib
26.09.2020
Kolumbiya prezidentinə qarşı sui-qəsd hazırlanır
25.09.2020
“TRT World“ Ermənistan-Azərbaycan münaqişəsi haqqında film yaydı
25.09.2020
“Lufthansa“ mindən çox pilotu ixtisar edəcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
2 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
3 Ac qarına bir siqaret 10 ədədə bərabərdir – Xərçəngə yaxınlaşdırır
4 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
5 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info