Bakı, Sumqayıt və İmişlidə silahlı şəxslərə qarşı xüsusi əməliyyat keçirilib -VIDEO
Tarix: 14.08.2020 | Saat: 20:09:00 | E-mail | Çapa göndər


Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində bir neçə əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş İdarəyə Sübhan adlı şəxsin üzərində qanunsuz olaraq silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs, Cəlilabad rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Sübhan İsayev tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “Steyr” markalı tapança, 1 ədəd daraq və 5 ədəd patron aşkar olunaraq götürülüb.

Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Aslan Məhərrəmov saxlanılıb. Ondan 1 ədəd revolver sistemli tapança və 3 ədəd patron aşkar edilərək götürülüb.

Baş İdarə əməkdaşları tərəfindən İmişli rayonunda keçirilən əməliyyat zamanı isə rayon sakini Natiq Məmmədov tutulub. Onun İmişli rayonunda yaşadığı evə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, ona aid 5 ədəd daraq, ümumilikdə 167 ədəd patron və 2 ədəd qaz tapançası aşkar edilib.

Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Sübhan İsayev, Aslan Məhərrəmov və Natiq Məmmədov barəsində Nərimanov Rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.




 
Bölməyə aid digər xəbərlər
23.09.2020
Bakıda fəhlə evin üstündən yıxılıb öldü
22.09.2020
“Torqovı“da mağaza yanıb
22.09.2020
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi silahlı şəxslərə qarşı əməliyyat keçirib
22.09.2020
Samuxda birmərtəbəli evdə yanğın olub
21.09.2020
Prokurorluq “Royal Park”da baş verən ölüm hadisəsilə bağlı məlumat yaydı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 Ətli dovğa
2 Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub
3 Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər
4 Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib
5 Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info