Paşinyan BBC-nin “HARD Talk” proqramına müsahibəsində sərsəm fikirlərlə növbəti dəfə özünü biabır etdi
Tarix: 14.08.2020 | Saat: 20:13:00 | E-mail | Çapa göndər


Ermənistan baş naziri Nikol Paşinyan BBC-nin “HARD Talk” proqramına müsahibəsində səsləndirdiyi sərsəm fikirlərlə növbəti dəfə özünü biabır edib. Onun heç bir elmi, hüquqi əsası olmayan açıqlamaları işğalçı ölkənin hökumət başçısının tarixdən bixəbər və savadsız olduğunu göstərir.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Onun sözlərinə görə, Paşinyanın yaşadığı regionun real tarixi ilə yenidən, düzgün formada tanış olmasına ehtiyac var:

"Onun özünün "Qarabağ Ermənistandır və nöqtə!" ifadəsini "minillik tarix" ilə əsaslandırması əsassız və gülüncdür. Bu sərsəmcəsinə sözlərə ən yaxşı cavab Prezident İlham Əliyev tərəfindən artıq verilib. Hər kəs bilir ki, işğal edilmiş Dağlıq Qarabağ ərazisi Azərbaycanın tarixi və ayrılmaz hissəsidir. Bu, dəfələrlə tarixi və elmi sübutlarla təsdiqlənib. Buraya erməni əhali sonradan məqsədli şəkildə köçürülüb və bunu təsdiq edən faktlar ortadadır. Paşinyan isə bundan əvvəlki təxribatçı çıxışlarında uğradığı fiaskodan dərs çıxarmaq əvəzinə yenə öz uydurmalarını ortaya atmaqla dünya ictimaiyyətinin diqqətini yayındırmaq üçün uğursuz cəhdlər etməklə məşğuldur.

Paşinyan sözügedən müsahibədə təkcə tarixi saxtalaşdırmağa cəhdlərlə kifayətlənməyib. İşğalçı ölkənin baş naziri bu ilin iyul ayında baş vermiş Tovuz döyüşləri ilə bağlı suala cavabında Azərbaycanı "ilk hücumu etməkdə" ittiham edib. Lakin bu hərbi təxribatın da Ermənistan tərəfindən törədilməsi və onların məkrli planları artıq ifşa edilib.

Xocalıda insanlıq əleyhinə törədilən cinayəti açıq şəkildə rədd etməsi də Paşinyanın qorxaqlığının və məsuliyyəti üzərindən atmaq istəyinin nümunəsidir. Lakin onun bu cəhdləri nəticə verməyəcək. Artıq bu cür yollarla Ermənistanı guya humanist ölkə kimi təqdim etmək mümkün deyil. Bu gün dünya artıq münaqişə ilə bağlı həqiqətləri bilir, Ermənistanın işğalçı ölkə olmasını təsdiqləyir. Ona görə də Paşinyan tarixi səhvlərindən nəticə çıxarıb, Azərbaycanın beynəlxalq hüquq normaları ilə tanınan ərazilərinin işğalına son qoymaq barədə düşünməlidir".




 
Bölməyə aid digər xəbərlər
24.09.2020
David Zalkaliani: Azərbaycan ilə Gürcüstan arasındakı strateji tərəfdaşlıq münasibətləri uğurla inkişaf edir
23.09.2020
Nazirlər Kabineti büdcə məsələlərini müzakirə edib
23.09.2020
Ceyhun Bayramov: Ermənistan silahlı qüvvələri iyul ayında Azərbaycanın mühüm enerji və nəqliyyat infrastrukturunu hədəf alıb
23.09.2020
Ermənilər sosial şəbəkələrdə saxta profillərlə kəşfiyyat-təxribat fəaliyyəti aparırlar
23.09.2020
AZAL Ankara və Antalya şəhərlərinə xüsusi reyslər həyata keçirməyə başlayır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 Ətli dovğa
2 Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub
3 Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər
4 Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib
5 Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info