“Biabırçı məğlubiyyətdir, getməyə hazıram”
Tarix: 15.08.2020 | Saat: 10:51:00 | E-mail | Çapa göndər


“Kabus oyun, dəhşətli hisslər və utanc- bu matç üçün doğru sözlər bunlar olar. Biabırçı məğlubiyyətdir. Biz belə rəqabət apara, avrokubok oyunlarında bu cür çıxış edə bilmərik. Bu, birinci, ikinci və ya üçüncü dəfə deyil”.

Qol.az xəbər verir ki, bu sözləri “Barselona”nın müdafiəçisi Jerar Pike Çempionlar Liqasının 1/4 finalında “Bavariya”ya 2:8 hesabı ilə uduzaraq turnirlə vidalaşdıqları matçdan sonra klubun saytına açıqlamasında deyib. O, komandada ciddi dəyişikliklər edilməli olduğunu düşünür:

“Bizim üçün çox çətindir. Ümid edirəm ki, bu qarşılaşmadan sonra faydalı bir dərs götürərərik. Dəyişikliklər lazımdır. Mən indi oyunçular və ya məşqçilər haqda danışmıram. Kiməsə işarə etmək istəmirəm. Amma hər bir yerdə struktur dəyişiklikləri lazımdır. Çünki bu, ilk dəfə deyil. Əvəzedilməz kimsə yoxdur. Komandaya yeni nəfəs və dinamika lazımdırsa, ayrılmağa hazıram. Belə vəziyyətdə getmək üçün ən çox hazır olan mənəm. Çünki biz hər şeyin sonuna çatdıq. Komandada hamı diqqətli olmalıdır. Reaksiya verikməli və klub üçün ən doğru qərarı müəyyənləşdirməlidir. İndi əsas olan budur”.




 
Bölməyə aid digər xəbərlər
24.09.2020
“Barsa“ 18 yaşlı futbolçusuna 400 milyon qiymət qoydu
24.09.2020
Mbappenin yeni komandası bəlli oldu
23.09.2020
UEFA ən yaxşı futbolçu və baş məşqçi adına namizədləri açıqladı
23.09.2020
Suares “Barselona” ilə vidalaşdı
23.09.2020
“Barselona“ ingilis futbolçu ilə razılığa gəldi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 Ətli dovğa
2 Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub
3 Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər
4 Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib
5 Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info