“HARDTalk“ verlişi onsuz da Paşinyanın zəifləyən reytinqini daha da aşağı saldı
Tarix: 15.08.2020 | Saat: 11:18:00 | E-mail | Çapa göndər



Ermənistanın baş naziri Nikol Paşinyanın BBC telekanalının məşhur “HARDtalk” verilişinin radio versiyasının avqustun 14-də yayımlanmış növbəti buraxılışında olan çıxışı bir daha işğalçı ölkə rəhbərinin heç bir tarixi faktoloji əsasa söykənmədiyinin və primitiv siyasi natiqlik qabiliyyətinə malik olduğunun bariz nümunəsi oldu.
Yəqin ki Aşqabadda MDB liderlərinin qarşısında və Münhen Təhlükəsizlik Konfransında olduğu kimi bu dəfə də Ermənistan cəmiyyətinin bütün zümrələrindən Paşinyana tənqid yağdırılacaq. Çünki işğalçı ölkə rəhbəri üçün konkret meydan oldu və Paşinyan doğrudan da özünü orada realizə edə bilmədi. Nəzərə alsaq ki, dövlət başçısı beynəlxalq platformada və məşhur telekanallarda öz çıxışı və müsahibəsi ilə bütün xalqı təmsil edir, deyə bilərik ki, Paşinyan həm şəxsi göstəricilərinə, həm də ümumi mövzuya yanaşmaya görə növbəti dəfə məğlub olaraq rəzil duruma düşdü. Erməni xalqı Paşinyanın rəhbərliyi ilə həyata keçirilən inqilabdan sonra hakimiyyəti devrilən siyasi-kriminal idarəetmənin zamanından daha yaxşı yaşayacağın düşünsə də nəticədə bunun əksi ilə qarşılaşdı. Artıq iki ildir ki, Paşinyan verdiyi vədlərin heç birini həyata keçirmədi və buna görə də Ermənistan rəhbərliyi daxili faktordan çəkinərək öz hakimiyyətini itirməkdən qorxur, danışıqlarda manipulyasiya etməklə regionda işğal faktorunu davam etdirir. İşğalçı da həmin auditoriyada çıxıb suallara cavab vermək əvəzinə sadəcə sualdan yayınmağa və suala aid olmuyan cavablar verməklə və ya yalana güc verməklə həqiqətdən yayındı. Yaxşı olardı ki, Paşinyan özünə tərcüməçi götürərdi, nəinki elə gülməli vəziyyətə düşəydi. O meydanda belə göründü ki, Paşinyan məğlub tərəf olmasını artıq özü də qəbul edib. Beləliklə, işğalçı bu dəfə də bütün erməni xalqını biabır etdi. Hesab edirəm ki, "HARDTalk" verlişi onsuz da Paşinyanın zəifləyən reytinqini daha da aşağı saldı. Ermənistan baş nazirinin növbəti dəfə siyasi iflasa uğraması faktını hətta Ermənistan mətbuatı və ictimaiyyəti də yenidən etiraf etmək məcburiyyətindədir. Yəqin ki, həmişə olduğu kimi erməni təbliğat maşını bu dəfə də onu düşdüyü bu rəzil durumdan xilas etməyin yollarını axtaracaq.
Anar MƏMMƏDOV
Milli Məclisin deputatı




 
Bölməyə aid digər xəbərlər
23.09.2020
Rusiyalı analitik: KTMT-nin heç bir üzvü təcavüzkarı dəstəkləməyi arzulamır
23.09.2020
Udin təşkilatının sədri Azərbaycanda etnik azlıqlar üçün yaradılmış şəraitə görə təşəkkür edib
23.09.2020
Ermənistanı bu səfər daha böyük bir məğlubiyyət gözləyir!
23.09.2020
“Ermənistan çirkin planlarından əl çəkməsə, bu onlar üçün ağır nəticələrə səbəb olacaq”
23.09.2020
Sahibə Qafarova: Ermənistan BMT-nin və digər nüfuzlu beynəlxalq qurumların qərarlarına əhəmiyyət vermir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 Ətli dovğa
2 Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub
3 Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər
4 Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib
5 Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info