“Atlantico” nəşri: “Vaşinqtonla Ər-Riyad arasında “bal ayı” başa çatıb”
Tarix: 29.10.2013 | Saat: 23:15:00 | E-mail | Çapa göndər


“İranın yenidən dünya arenasına qayıdışı Yaxın Şərqin siyasi mənzərəsində kardinal dəyişikliyə səbəb olub”

“Birləşmiş Ştatlardakı başgicəlləndirici neft-qaz istehsalı və İranın yenidən dünya arenasına qayıdışı Yaxın Şərqin siyasi mənzərəsində kardinal dəyişikliyə səbəb olub. Vaşinqton ənənəvi müttəfiqi olan Səudiyyə Ərəbistanından Tehrana doğru istiqamətlənməyə başlayıb. Vaşinqtonda hesab edirlər ki, Tehran regionda Pekinin təsirini balanslaşdıra bilər”.

Bu fikirlər Fransanın “Atlantico” nəşrində dərc edilən məqalədə yer alıb. Məqalədə qeyd edilir ki, 1945-ci ilin fevral ayının 14-də Amerika hərbi donanmasının “USS Quincy” gəmisinin bortunda prezident Franklin Ruzveltlə Səudiyyə Ərəbistanının kralı Əbdül-Əziz ibn Saud arasında saziş imzalanıb. Həmin sazişə əsasən Amerika Səudiyyənin kral ailəsinə və “Aramco” neft şirkətinə daimi təminat verib. Fələstinlə bağlı bəzi mübahisəli məqamlara baxmayaraq həmin müqaviləyə bu günə qədər əməl edilir. Yaxın Şərq üzrə ekspert olan Ərdavan Əmir-Aslani hesab edir ki, Amerika ilə Səudiyyə Ərəbistanı arasındakı “bal ayı” artıq birdəfəlik keçmişə köçür: “Bunun bir neçə səbəbi var. Əsas səbəblərdin biri Amerikanın enerji müstəqilliyi ilə bağlıdır.

“Fars körfəzinin neftlə zəngin ölkələri ABŞ üçün müttəfiqdən potensial rəqibə çevrilir”

Birləşmiş Ştatların xaricdən aldığı neft həcmi təxminən iki dəfə azalıb. ABŞ-ın neft asılılığının azalması şist neft-qaz yataqlarının tapılması ilə bağlıdır. 2013-cü ilin əvvəlində ABŞ-ın şist neft istehsalı 20 faiz artaraq 7 milyon barrelə çatıb. 2017-2020-ci illər də ABŞ neft istehsalına görə Səudiyyə Ərəbistanını geridə qoyaraq dünya lideri olacaq. Bir müddət sonra ABŞ özü enerji ehtiyatları ixrac edən ölkəyə çevriləcək. Artıq yeni vəziyyətdə Fars körfəzinin neftlə zəngin ölkələri ABŞ üçün müttəfiqdən potensial rəqibə çevriləcəklər. İkinci səbəb odur ki, 11 sentyabr hadisələrindən sonra Vaşinqton dərk etməyə başladı ki, sivilizasiyanı təhdid edən əsas qüvvə vəhhabiliklə bağlıdır. Bu məsələdə isə əsas diqqət Səudiyyə Ərəbistanı və Qətərə yönəlir. 11 sentyabr hadisələrini törədən 15 nəfərin hamısı Səudiyyə Ərəbistanından olan radikal sünnilər olub. Amerikalılar görürlər ki, son 25 il ərzidə Qərbi silkəlyən terror aktlarının demək olar ki, hamısını vəhhabilər törədib.

“İran Pekinin regiona nüfuz etməsinin qarşısını ala, Pekin və İslamabada qarşı güc kimi çıxış edə bilər. Vaşinqton İrana təkcə Pekinin regiona nüfuz etməsinin qarşısını almaq strategiyasında müttəfiq kimi yox, həm də Səudiyyə neftinə alternativ kimi yanaşır”


Bunun son nümunəsi Nayrobidə olub. Vaşinqqon üçün sirr deyil ki, Əfqanıstandakı talibləri, Suriyadakı «Ən-Nusra Cəbhəsi» radikal qruplaşması və digər radikal süni dəstələri maliyyə və silah baxımından Səudiyyə Ərəbistanı təmin edir. Digər əsas məqam Həsən Ruhaninin prezident seçilməsindən sonra İranın yenidən dünya siyasi arenasına qayıtmasıdır. Qaz ehtiyatına görə dünyada ikinci, neft ehtiyatına görə üçüncü olan İran Yaxın Şərqin enerji xəritəsini dəyişmək gücündədir. 80 milyonluq ölkə əhalisinin təhsil səviyyəsi heç də Qərb ölkələrindən geri qalmır və İranın dünya iqtisadi sisteminə qayıdışı çox vacib hadisə kimi qəbul edilməlidir. İran Pekinin regiona nüfuz etməsinin qarşısını ala, Pekin və İslamabada qarşı güc kimi çıxış edə, balans yarada bilər. Vaşinqton İrana təkcə Pekinin regiona nüfuz etməsinin qarşısını almaq strategiyasında müttəfiq kimi yox, həm də Səudiyyə neftinə alternativ kimi yanaşır. Beləliklə, ABŞ və Səudiyyə Ərəbistanı toqquşmanın qaçılmaz olduğu kursla hərəkət edirlər. Birləşmiş Ştatlar hansısa diplomatik mövqe ortaya qoyan kimi, Ər-Riyad əks mövqe nümayiş etdirir. Misirdə baş verən çevrilişdən sonra ABŞ bu ölkəyə hərbi yardımı azaldığını bəyan etdiyi anda Səudiyyə Ərəbistanı dərhal bu itkini kompensasiya edəcəyini bildirdi. Obama Suriyada döyüşən üsyançılara daşınan zenit-raket kompleksinin verilməməsini xahiş etdiyi halda, səudiyyəlilər onlara bu texnikanı verdilər. Vaşiqton Ər-Riyaddan Bəhreyndə baş verən etirazlara müdaxilə etməməsini xahiş etsə də, Səudiyyə Ərəbistanı bu ölkəyə üsyanı yatırmaq üçün öz ordusunu göndərdi. ABŞ-ın islamçı üsyançıları dəstəkləməməsi və Dəməşqə hava zərbəsi endirməməsi Ər-Riyadın xoşuna gəlmir. Obamanın iranlı həmkarı ilə telefonla danışması gərginliyi pik nöqtəsinə çatdırıb. ABŞ-ın İranla yaxınlaşması təbii olaraq Vaşinqtonu Səudiyyə Ərəbistanından uzaqlaşdırır. Gərginliyə daha bir nümunə Səudiyyə Ərəbistanının BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinə baxmayaraq ondan imtina etməsidir. Yaxın gələcəkdə xalqların dostluğunda dəyişiklik baş verə bilər. Belə ki, çinlilər Ər-Riyadda amerikalıları əvəzləyə bilər, amerikalılar isə Tehranda çinlilərin yerini tuta bilərlər”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info