Türkiyədə cümhuriyyətin 90-cı ildönümü qeyd olunub
Tarix: 29.10.2013 | Saat: 23:20:00 | E-mail | Çapa göndər


Türkiyədə cümhuriyyət elan edilməsinin 90-cı ildönümü geniş şəkildə qeyd olunub. Türkiyənin rəhbərləri - Prezident Abdullah Gül, Baş nazir Rəcəb Tayyib Ərdoğan, parlamentin sədri Cəmil Çiçək, nazirlər və millət vəkilləri Ankaradakı “Anıtqəbir”ə gələrək cümhuriyyətin banisi Mustafa Kamal Atatürkün mavzoleyinə əklil qoyublar.
Sonra “Misaki-milli” qülləsinə gələn dövlət başçısı Abdullah Gül buradakı xatirə kitabına ürək sözlərini yazıb. Prezident Abdullah Gül Çankaya köşkündə bayram təbriklərini qəbul edib. Dövlət və hökumət rəsmilərinin iştirakı ilə bayram tədbirləri Atatürk Kültür Mərkəzində davam edib. Burada Türkiyə Silahlı Qüvvələrinin rəsmi paradı olub. Daha sonra A.Gül və R.T.Ərdoğanın iştirakı ilə “Marmaray” dəmiryolu xəttinin açılışı olub. Bayram tədbirləri axşam saatlarında Prezident sarayında veriləcək rəsmi qəbulla başa çatıb.




 
Bölməyə aid digər xəbərlər
24.06.2019
Əfqanıstanda 5 DEAŞ terrorçusu öldürüldü
24.06.2019
“Türkiyədə yeni dönəm başlayır”
24.06.2019
Türkiyə SQ İraqın şimalında 58 terrorçunu zərərsizləşdirib
23.06.2019
Hindistanda kəskin ensefalit xəstəliyi 145 insanın həyatına son qoyub
23.06.2019
Türkiyə Prezidenti: Seçkiləri qazanan Əkrəm İmamoğlunu təbrik edirəm

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info