Ermənistan hökuməti müharibə veteranlarına ayrılan vəsaiti 5 dəfə azaldıb
Tarix: 29.10.2013 | Saat: 23:25:00 | E-mail | Çapa göndər


Ermənistanın gələn il üçün dövlət büdcəsində Qarabağ müharibəsi veteranları, müharibədə həlak olmuş şəxslərin ailələri üçün nəzərdə tutulan sosial yardım 5 dəfə azaldılıb.
Buraya həmin qrupa daxil olan insanlar üçün mənzil tikintisinə ayrılan vəsait də daxildir. Bu haqda məlumat verən “Reqnum” yazır ki, müharibə veteranlarının sosial ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan vəsaitin bu qədər azaldılması narazılıq yaradacaq. Parlamentdə müzakirəyə təqdim edilən büdcə layihəsində həmin qrup insanlar üçün 500 milyon dram (1,2 milyon dollar) vəsait nəzərdə tutulub. Halbuki ötən il bu məbləğ 2,4 milyard dram (5,9 milyon dollar) idi. Bu faktı Ermənistanın maliyyə naziri David Sərkisyan da etiraf edib. O, gələn ilin büdcəsində müharibə veteranlarının social ehtyiaclarının ödənilməsi üçün nəzərdə tutulan vəsaiti azaltmağa məcbur olduqlarını bildirib: “Amma hökumət ordunun zabit heyətinin maaşını 15 faiz artırılması üçün bu sahəyə əlavə 10 milyard dram ayırmağı planlaşdırır”. Qeyd edək ki, son vaxtlar erməni müharibə veteranları sosial vəziyyətlərinin ağır olması səbəbindən İrəvan və ölkənin digər şəhərlərində etiraz aksiyaları keçirirlər. Onlar hökumətdən sosial müavinətlərinin artırılmasını tələb edirlər.
Anar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info