“Savadlı və səviyyəli gənclərimiz çoxdur”
Tarix: 29.10.2013 | Saat: 23:56:00 | E-mail | Çapa göndər


Təranə Şükürova: “Zəngilan bizim yazılı mənbələrdə də tarixə dönməli, öz rişəsini gələcək nəslə ötürməlidir”

Müsahibmiz Təranə Şükürova AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktorudur. Qeyd edək ki, T.Şükürova Zəngilanda dünyaya gəlib, amma 20 ildir ki, bu torpağın həsrəti ilə yaşayır:

- Zəngilandan olub, amma Zəngilansız yaşamaq hər halda çox ağırdır...
- Zəngilanın işğalından 20 il ötür. 20 il az müddət deyil. Zəngilan bu gün artıq bizim xatirələrimizdə canlanır. Elə xatirələr var ki, yaşadığın məqam, an səni o xatirəyə doğru səsləyir. Zəngilan mənim uşaqlıq illərimin yadlaşmayan xatirəsidir, mələk qanadlarıdır. Mən həmin yadlaşmayan ünvanın axtarışındayam...
- Gənc alim kimi Zəngilan haqqında hər hansı əsər və ya araşdırmanız varmı?
-Sualınız düşündürücü bir sualdır. Zəngilan haqqında bir kitab, əsər yazmaq mənim qəlbimin arzusu, qələmim isə məsuliyyətidir. Zəngilan adı gələndə özümü həmişə bu torpağa borclu hiss edirəm. Tarix yalnız yaddaşa və idraka çökəndə qorunur. Zəngilan bizim yazılı mənbələrdə də tarixə dönməli, öz rişəsini gələcək nəslə ötürməlidir.
- Dilçilik İnstitutunda gənclərin fikir və təkliflərinə nə dərəcədə yer verilir?
- Həmişə deyirəm- yaxşı ki, bu həyatda yolum AMEA-dan və Dilçilik İnstitutundan istiqamət aldı. Öz yolunu seçən və bu yolla irəliləyən insanlar Dilçilik İnstitutunda heç bir mane olmadan addımlayırlar. Mən bir gənc alim kimi qeyd edərdim ki, orada bütün gənclərə qiymət verilir. Gənc alimlərin nəinki fikirlərinə, elmi yaradıcılıqlarının genişləndirilməsi üçün də institut rəhbərliyi tərəfindən şərait yaradılır.
- Azərbaycanda dilçilik sahəsində hazırkı vəziyyəti necə dəyərləndirirsiniz?
-Çox yaxşı. Bu gün dilçilik elmi yüksələn xətt üzrə inkişaf edir. Dilçiliyin bütün sahələri araşdırılır, tədqiqata cəlb edilir. Dilimizə göstərilən qayğıların praktik cəhətdən nəticəsini yaxın zamanlarda hər kəs görəcək.
-Azərbaycan gəncləri öz üzərinə düşən məsuliyyəti anlayırmı?
- Bu gün savadlı və səviyyəli gənclərimiz çoxdur. Məsuliyyət geniş məfhumdur: övlad kimi ailədə məsuliyyət, oxuduğun ali məktəbdə və çalışdığın iş yerində məsuliyyət. Gərək məsuliyyəti xarakterində formalaşdırasan. O zaman bütövləşmiş insan ola bilərsən. Məsuliyyətli insandan, tələbədən xoşum gəlir.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info