“Bəzi beynəlxalq federasiyalarda ikili standartlar mövcuddur”
Tarix: 29.10.2013 | Saat: 23:58:00 | E-mail | Çapa göndər


Kəmaləddin Heydərov: “London Olimpiadası öncəsi hazırlanmış ssenari əsasında boksçularımızın daha yüksək nəticələr göstərmələrinə imkan verilmədi”

Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Kəmaləddin Heydərov Qazaxıstanın Almatı şəhərində keçirilmiş Dünya Çempionatında uğur qazanmış milli komandamızın üzvləri və il ərzində müxtəlif nüfuzlu yarışlarda fərqlənmiş digər boksçularla görüşüb. Tədbirdə çıxış edən K.Heydərov yığmamızın Dünya Çempionatından böyük qələbələrlə döndüyünü bildirib.
O, 2 qızıl, 1 bürünc medal qazanmış boksçularımızı ABF adından təbrik edərək, bunu ölkəmizdə idmana göstərilən dövlət qayğısının nəticəsi kimi dəyərləndirib: “2011-ci ildə Bakıda keçirilmiş Dünya Çempionatında komandamız 1 qızıl, 1 gümüş medal qazanmışdısa, Almatıdan 2 qızıl, 1 bürünc medalla döndü. Təəssüf ki, 2012-ci il London Yay Olimpiya Oyunları öncəsi Azərbaycan üçün hazırlanmış bir ssenarinin əsasında boksçularımızın daha yüksək nəticələr göstərmələrinə imkan verilmədi. Bununla belə, Olimpiadada 2 bürünc medal qazandıq. Bu, ölkəmizdə Prezident İlham Əliyevin gənclər və idman sahəsində həyata keçirdiyi uzun müddətli siyasətin nəticəsidir. Əvvəllər təkcə boksçularımızın deyil, digər növlər üzrə idmançılarımızın da məşq etməyə belə yerləri yox idi. Amma indi Azərbaycanın hər bir regionunda Olimpiya kompleksləri və digər idman qurğuları istifadəyə verilib. Bu, ölkəmizin digər sahələrində olduğu kimi qazandığı nailiyyətlərdən biridir”. K.Heydərov əldə edilən uğurla bağlı Prezident İlham Əliyevə təşəkkür və təbriklərimi çatdıraraq, bunu dövlət başçısının prezident seçkisində parlaq qələbəsinə verdiyi dəstək kimi dəyərləndirib: “Almatıda bütün çəki dərəcələrindəki boksçularımızın çıxışlarını izlədik. Gördük ki, bizim həvəskar boksçularımız dünya səviyyəli idmançılarla bərabər, hətta yeri gələndə onlardan yüksək səviyyədə döyüşürdülər. Amma yenə deyirəm: nə qədər xoş olmasa da, hər yerdə olduğu kimi, bəzi beynəlxalq federasiyalarda da ikili standartlar mövcuddur. Bəzən istəyirlər ki, öz niyyətlərini həyata keçirsinlər. Beynəlxalq Həvəskar Boks Federasiyasının əsas texniki heyəti boksçularımızın nəticələrini aşağı salırdılar. Amma qalibi mühakimə etmirlər. Biz ümumi komanda hesabında 3-cü yeri tutmuşuq, Azərbaycanın idman salnaməsinə yazılmışıq. Bundan sonra da qazanılacaq medallar siyahısında öz yerimizi tutmuşuq. İdman uğurlarınızla siz nə qədər yüksək pillələrə qalxsanız, deməli, Azərbaycan gəncliyi o qədər sağlamdır. O vaxt ümummilli lider Heydər Əliyev “Sağlam bədəndə sağlam ruh olar” deyirdi. Onun sözləri bu gün öz məntiqi nəticəsini tapır. Azərbaycanda sağlam gəncliyin olmasında ümummilli liderimizin rolu hamımızın gözü qabağındadır”. ABF prezidenti əldə olunan uğurlarda idmançılarla bərabər, məşqçilərin də rolunu xüsusi qiymətləndirib. Ardından söz Dünya Çempionatında medal qazanmış boksçularımıza verilib. Dünya çempionlarımızdan Məhəmmədrəsul Məcidov (91 kq) qızıl medalı ölkə və federasiya rəhbərliyinin mənəvi və maddi dəstəyi sayəsində əldə etdiyini bildirib. O, Prezident İlham Əliyevə, eləcə də K.Heydərova və azarkeşlərə təşəkkürünü çatdırıb.
Cavid Çələbiyev (56 kq) medal qazanmış boksçular adından İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edib: “Onun yenidən seçilməsi bizə bir sevinc, güc verdi, bizi ruhlandırdı. Ona görə də biz bütün uğur qazanmış boksçular adından qərara aldıq ki, medallarımızı cənab prezidentə həsr edək. Eyni zamanda Kəmaləddin müəllimə təşəkkürümü bildirirəm”. Dünya Çempionatının bürünc mükafatçısı Teymur Məmmədov (91 kq) da qazandığı medalın ona yaradılan şəraitin nəticəsi kimi dəyərləndirib. Azərbaycan boks yığmasının baş məşqçisi Vladimir Zolotaryov prezident seçkisində qələbə qazanması münasibətilə İlham Əliyevi təbrik edib. O, komandamıza yaradılan hərtərəfli şəraitdə ABF rəhbərliyinin rolunu qeyd edərək, uğurların davamlı olacağına inam ifadə edib. Sonda ABF prezidenti Kəmaləddin Heydərov dünya çempionatında fərqlənən boksçularımızı mükafatlandırıb və onlarla birgə nahar edib.
Anar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info