“Bulla-dəniz”dəki qəzanın aradan qaldırılmasında sərhədçilər yüksək peşəkarlıq göstərib
Tarix: 30.10.2013 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


“Bulla-dəniz” yatağındakı 90 nömrəli quyuda baş vermiş qəzanın aradan qaldırılmasında digər dövlət qurumları ilə birlikdə fəal iştirak etmiş Dövlət Sərhəd Xidmətinin bir qrup əməkdaşı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) fəxri fərmanları ilə təltif olunub.

ARDNŞ-in prezidenti Rövnəq Abdullayev fəxri fərmanları təqdim etmək məqsədi ilə Dövlət Sərhəd Xidmətində (DSX) olub. Cari ilin avqustunda Xəzər dənizinin Azərbaycan sektorundakı “Bulla-dəniz” yatağında 90 nömrəli quyuda baş vermiş açıq fontanla əlaqədar yaranmış qəzanın aradan qaldırılması zamanı ekstremal şəraitdə yüksək fədakarlıq və peşəkarlıq göstərmiş DSX-nin əməkdaşlarının fəaliyyəti haqqında film nümayiş etdirilib. Tədbirdə çıxış edən ARDNŞ-in prezidenti Rövnəq Abdullayev dəniz akvatoriyalarında baş verən texnogen qəzaların aradan qaldırılmasının bütün dünyada mürəkkəb əməliyyatlardan olduğunu söyləyb. O, Azərbaycan mütəxəssislərinin bu çətin işin öhdəsindən layiqincə gəldiyini, quyunun xilas olunduğunu, sistemə qoşulduğunu və hazırda istismar edildiyini bildirib, sərhədçilərin yüksək peşəkarlıqla həyata keçirdikləri tədbirlərin əhəmiyyətini vurğulayıb. DSX-nin rəhbərliyinə və şəxsi heyətinə çoxminli neftçilər ordusu adından minnətdarlığını bildirən Rövnəq Abdullayev qeyd edib ki, quyudakı qəzanın təhlükəsiz və operativ aradan qaldırılmasında fəal iştirak edib, yanğının söndürülməsi ilə əlaqədar xüsusi tapşırığa cəlb edilmiş sərhəd xidmətinin əməkdaşları ARDNŞ-in fəxri fərmanları və pul mükafatları ilə təltif olunublar. O bildirib ki, sərhəd xidmətinin digər əməkdaşları ilə birlikdə qəza yerində onlara bilavasitə rəhbərlik etmiş DSX-nin rəisi, general-leytenant Elçin Quliyev də ARDNŞ-in fəxri fərmanına layiq görülüb. ARDNŞ-in prezidenti Rövnəq Abdullayev general-leytenant Elçin Quliyevə, eləcə də general-mayor Əfqan Nağıyevə, polkovnik-leytenantlar Zaur Əhmədova, Rasim Əliyevə və Dövlət Sərhəd Xidmətinin digər əməkdaşlarına ARDNŞ-in fəxri fərmanlarının vəsiqələrini təqdim edib. Elçin Quliyev ölkə iqtisadiyyatının dinamik inkişafında misilsiz xidmətləri olan neftçilərin əməyini yüksək qiymətləndirib, ARDNŞ ilə Dövlət Sərhəd Xidməti arasında əməkdaşlığın gündən-günə daha da möhkəmləndiyini söyləyib. O vurğulayıb ki, “Bulla-dəniz” yatağındakı qəzanın aradan qaldırılması işində sərhədçilər vaxtilə Dövlət Neft Şirkəti tərəfindən DSX-yə təmənnasız verilmiş gəmilərin gücündən istifadə ediblər.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info