Sabunçu və Abşerondakı internat evlərində müasir şərait yaradılıb
Tarix: 30.10.2013 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Sabunçu rayonunda fəaliyyət göstərən 11 nömrəli xüsusi internat məktəbində olub.
Leyla Əliyevaya məlumat verilib ki, 2005-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunan məktəbdə 799 şagird təhsil alır ki, onlardan da 127-si sağlamlıq imkanları məhdud olanlardır. Bundan başqa, məktəbdə aztəminatlı ailələrdən 597 uşaq təhsil alır. Xüsusi internat məktəbində təhsil alan şagirdlərdən 108-i burada qalır. Məktəbdə 88 müəllim və tərbiyəçi şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olur. Burada şagirdlər dərnəklərdə iştirak edir və idmanın müxtəlif növləri ilə məşğul olurlar. Heydər Əliyev Fondunun dəstəyi ilə məktəbin şagirdləri dünyanın müxtəlif yerlərində təşkil edilən idman və bilik müsabiqələrində nailiyyətlər qazanıblar. Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Abşeron rayonu Saray qəsəbəsində yerləşən xüsusi təyinatlı 7 nömrəli internat evinə gəlib. Diqqətə çatdırılıb ki, burada 2010-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı yenidənqurma işləri aparılıb. Açılış mərasimində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib. İnternat evi kompleksinə ikimərtəbəli inzibati bina, dördmərtəbəli yataq korpusu, idman korpusu, yeməkxana, mətbəx, camaşırxana və digər tikililər daxildir. Təmirdən sonra internat evi müasir inventar və avadanlıqla təmin olunub, uşaqların normal yaşamaları üçün hər cür şərait yaradılıbr. Buraya əqli və fiziki cəhətdən qüsuru olan 4 yaşdan 18 yaşadək oğlan və qızlar qəbul olunur. Hazırda bu internat evində 138 uşaq var. Hər bir qrup üçün ayrıca yataq və oyun otaqları yaradılıb. Burada xüsusi qayğıya ehtiyacı olan uşaqlarla məşğələlər aparılır. İnternat evinin həyətində kiçik çörək sexi də açılıb ki, bu da uşaqların keyfiyyətli çörək və digər un məmulatları ilə təminatına imkan verir.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info