Mülki müdafiə təlimi keçirilib
Tarix: 30.10.2013 | Saat: 15:28:00 | E-mail | Çapa göndər


H. Z. Tağıyev-çeşidləmə stansiyasının ərazisində dəmiryol qovşağı üzrə "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsi" mövzusunda növbəti kompleks mülki müdafiə təlimi kecirilib.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyindən verilən məlumata görə, təlimin əsas məqsədi fövqəladə hallar zamanı qovşağın ərazisində yerləşən obyektlərin MM planlarının reallığının əks etdirilməsi, mövcud xəbərdarlıq sxemi əsasında MM qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsi, hadisə yerinə göndərilməsi, yaranmış vəziyyətin qiymətləndirilməsi, hadisə yerindən məlumatların toplanması, obyekt rəhbərlərinin, MM qüvvələrinin fasiləsiz və düzgün idarə olunması bacarığının təkmilləşdirilməsi, dəyəcək ziyanın müəyyən qədər azaldılmasının hərtərəfli dərindən təhlil edilməsi idi.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Hərəkətin təhlükəsizliyi üzrə baş texniki müfəttişliyin təşkilatçılığı ilə keçirilən təlimdə dəmiryol qovşağının obyekt rəhbərləri, rayon və qovşaq Fövqəladə hallar komissiyasının üzvləri, MM qüvvələri iştirak ediblər.
Hazırlıq işləri "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Qurban Nəzirovun və baş texniki müfəttiş Oqtay Abbasovun şəxsi nəzarəti ilə yüksək səviyyədə həyata keçirilib. H. Z. Tağıyev-çeşidləmə stansiyasının ərazisində keçirilən təlim həyəcan siqnalının verilməsi ilə başlayıb.
Qovşaq rəhbəri, Z. Tağıyev-çeşidləmə stansiyasının rəisi Tahir Əliyev məlumat verib ki, şərti olaraq səhər saatlarında stansiyanın ərazisində 6,5 bal gücündə zəlzələ baş verib. Dəmiryol qovşağına dağıdıcı zəlzələ təsirsiz ötüşməyib. Zəlzələ nəticəsində stansiyanın ərazisində dayanmış 1 yük və 1 sərnişin vaqonu relsdən çıxıb və hər iki vaqonda yanğın baş verib. Hadisə nəticəsində ölən və yaralananlar var. Stansiyada xidməti binaların bəzi sahələrində uçqunlar olub.
Təhlükəsizlik komandasının ictimai asayişi mühafizə qrupu ərazini dərhal çəpərlədi və postlarda dayanaraq əraziyə kənar şəxslərin daxil olmaması üçün tədbirlər gördü. Səsgücləndirici vasitəsi ilə 1-2 dəqiqə ərzində "Yanğın həyəcanı" siqnalı verilib. Müvəqqəti rabitə bərpa edilib. Bərpa işləri başa çatandan sonra hər bir qrup və manqa komandirləri MM Qərargah rəhbərinə məruzə ediblər.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib
18.09.2018
Bu il Azərbaycana payız sentyabrın 23-də qədəm qoyacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
3 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info