“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda regional təlim
Tarix: 30.10.2013 | Saat: 16:13:00 | E-mail | Çapa göndər


Oktyabrın 30-da “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Muzey xidməti, ziyarətçilərə keyfiyyətli qulluğun əsası və muzeyin sosial rolunun gücləndirilməsinin faktoru kimi” mövzusunda regional təlim keçirilib. Tədbiri giriş sözü ilə açan UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva bildirib ki, təlim Müstəqil Dövlətlər Birliyinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) və UNESCO-nun birgə layihəsi çərçivəsində MDB ölkələrinin muzey mütəxəssisləri üçün “Müzeylərin idarə olunması - XXI əsr: UNESCO/İKOM-un tematik regional treninqləri və muzey menecmenti potensialının inkişafı sahəsində MDB ölkələri ekspertlərinin görüşü” regional təlimlərinin davamı olaraq təşkil edilib.
İçərişəhər Dövlət Tarix-Memarlıq İdarəsinin rəisi Samir Nuriyev, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, AMEA-nın vitse-prezidenti, akademiyanın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Akif Hacıyev, Azərbaycan, Belarus, Ermənistan, Moldova Respublikası və Rusiya Federasiyası üzrə UNESCO-nun Moskva ofisinin mədəniyyət proqramı mütəxəssisi Moreva Lyubava və Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva çıxış edərək regional təlimin əhəmiyyətindən danışıblar. Bildirilib ki, regional tematik təlimin məqsədi yerli tarixi-etnoqrafiya muzeylərinin sosial rolunun gücləndirilməsi, muzeylərin ekspozisiya-sərgi fəaliyyətinə müasir standartların tətbiqi və muzey işçilərinin işinin yaxşılaşdırılması, keyfiyyətli muzey xidmətlərinin verilməsidir. Tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Ukrayna, Moldova və Rusiya Federasiyasının muzey direktorları iştirak ediblər.





 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info