AMEA beynəlxalq konfrans keçirəcək
Tarix: 30.10.2013 | Saat: 17:59:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu 2013-cü il noyabr ayının 11 – 14-də Bakı şəhərində Qafqaz Point Hoteldə İnstitutun yaradılmasının 20 illiyinə həsr olunmuş “Azərbaycan arxeologiya və etnoqrafiya elmləri müstəqilik illərində” mövzusunda beynəlxalq konfrans keçirəcək.
Arxeologiya və Etnoqrafiya İnstitutu 1993-cü ildə eyniadlı sektorun bazasında yaradılıb. Elmi-tədqiqat İnstitutu kimi əsas fəaliyyəti respublikanın müstəqillik illərində həyata keçirib. 90-cı illərin böhranlı vəziyyətindən sonra elmimizin bütün sahələrində olduğu kimi arxeologiya və etnoqrafiya elmlərində də 2000-ci illərin əvvəllərindən başlayaraq yüksəliş dövrü başlanıb. Ulu öndər Heydər Əliyevin birbaşa tapşırığı əsasında 2001-2003-cü illərdə Naxçıvan abidələrinin tədqiqi üçün geniş tərkibli ekspedisiyanın təşkili ilə Arxeologiya və Etnoqrafiya İnstitutunun fəaliyyətində yeni inkişaf mərhələsi başlanıb.
Son 10 ildə Prezident İlham Əliyevin qədim abidələrimizin, maddi və mənəvi mədəniyyətimizin tədqiqinə göstərdiyi yüksək diqqət və qayğı sayəsində Azərbaycan arxeologiya və etnoqrafiya elmləri bütün Qafqaz regionunda ən yüksək inkişaf pilləsinə çatıb. Respublikamızın bütün bölgələrini əhatə edən 40-dan artıq arxeoloji və etnoqrafik ekspedisiyalar fəaliyyət göstərirlər. Bu ekspedisiyaların tədqiqat obyektləri tarixin bütün mərhələlərini əks etdirən ibtidai insan düşərgələri, qədim yaşayış məskənləri, erkən şəhər tipli yaşayış yerləri, müxtəlif tipli qəbir abidələri və s. Etnoqrafik ekspedisiyalar respublikanın bütün bölgələrində maddi və mənəvi mədəniyyətə aid geniş tədqiqatlar aparıblar.
Son illər Azərbaycan ərazisində İnstitutun alimləri ilə yanaşı, ABŞ, Fransa, Almaniya, Yaponiya, Koreya, Rusiya, Türkiyə, Gürcüstan və s. ölkələrin mütəxəssisləri birgə elmi tədqiqatlar aparıblar.
Bu konfransda son 20 ildə Azərbaycanda aparılmış arxeoloji və etnoqrafik tədqiqatların yekunlarına dair məruzələr dinləniləcəkdir. Konfransda AMEA-nın prezidenti, vitse-prezidentləri, Mədəniyyət və Turizm naziri, xarici ölkə səfirləri, və digər fəxri qonaqların, eyni zamanda ABŞ, Fransa, Almaniya, Rusiya, Türkiyə, Gürcüstan, Macarıstan. Polşa, Moldova, Qazaxıstan və s. ölkələrdən alimlərin iştirakı gözlənilir.
Konfrans aşağıdakı ünvanda keçiriləcək:
Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küç. 118, 560-cı məh.
Əlaqə telefonu: (050) 673-01-83 Ceyhun Eminli.





 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info