Parisdə Zəngilanın işğalının 20 illiyi ilə əlaqədar tədbir keçirilib
Tarix: 30.10.2013 | Saat: 18:47:00 | E-mail | Çapa göndər


Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Zəngilan rayonunun erməni hərbi birləşmələri tərəfindən işğalının 20 illiyinə həsr olunmuş anma tədbiri keçirilib.
Tədbirdə müharibə zamanı həlak olan zəngilanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın Fransadakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Nigar Hüseynova mərasimdə çıxış edərək Zəngilan rayonunun 1993-cü il oktyabrın 29-da Ermənistan hərbi qüvvələri tərəfindən işğal edildiyini, dinc sakinlərə amansızlıqla divan tutulduğunu, 200 nəfərin qətlə yetirildiyini, 395 uşağın valideynlərindən birini itirdiyini, 30 zəngilanlının itkin düşdüyünü, 120 nəfərin isə əlil olduğunu diqqətə çatdırılıb.
Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağın və ona bitişik 7 rayonun Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edildiyini bildirən N.Hüseynova BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq qurumların münaqişə ilə bağlı mühüm sənədlər qəbul etdiklərini, problemin həlli üçün hüquqi bazanın tərkib hissəsi olan bu sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının əksini tapdığını, torpaqlarımızın qeyri-şərtsiz və dərhal azad edilməsinin tələbi olunduğunu bildirib.
O demişdir ki, beynəlxalq təşkilatların tarixi qətnamələrindən irəli gələn şərtləri yerinə yetirməyən Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində Suriyadan olan qaçqınları yerləşdirməklə beynəlxalq hüquq normalarını pozmaqda davam edir. Təkcə Zəngilan rayonunda 200-dən artıq suriyalı qaçqın yerləşdirilib.
Müşavir ATƏT-in Minsk qrupunun Qafqaz bölgəsi və bütünlükdə Avropada sülh və sabitlik üçün ciddi təhlükə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini artıracağına ümid etdiyini vurğulayıb.
Parisdə fəaliyyət göstərən “Ulduz” Assosiasiyasının sədri Aytən Muradova çıxış edərək Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin işğal edildiyini xatırladıb, Fransadakı erməni diasporunun uzun illər ermənilərin işğalçılıq siyasətinə başqa don geyindirərək ölkəmizə qarşı iyrənc təbliğat apardığını qeyd edib. O, son illər Heydər Əliyev Fondunun Azərbaycanı fransızlara yaxından tanıtmaq məqsədi ilə Fransanın müxtəlif regionlarında keçirdiyi tədbirlərin əhəmiyyətindən danışıb. A.Muradova deyib ki, Azərbaycanın Fransadakı səfirliyinin, UNESCO yanındakı daimi nümayəndəliyinin, Avropa-Azərbaycan Cəmiyyətinin və digər təşkilatların səyi nəticəsində artıq fransızlar Azərbaycanı zəngin tarixə və mədəniyyətə malik sülhsevər bir ölkə kimi tanımağa başlayıb.
Müxtəlif ölkələrdə, o cümlədən Fransada yaşayan hər bir azərbaycanlıya müraciət edən A.Muradova onları azərbaycançılıq ideyası ətrafında sıx birləşməyə, Azərbaycan ilə bağlı həqiqətləri yaymağa, ermənilərin məkrli siyasətinin əsl mahiyyətini açıb göstərməyə səsləib.
Tədbirdə Fransa ictimaiyyətinin nümayəndələri, Azərbaycanın Fransadakı səfirliyinin və UNESCO yanındakı daimi nümayəndəliyinin əməkdaşları, diaspor təmsilçiləri və azərbaycanlı tələbələr iştirak ediblər.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info