“Yaşlı nəslin təcrübəsindən faydalanaq” mövzusu üzrə genişmiqyaslı layihəyə başlanılıb
Tarix: 30.10.2013 | Saat: 18:53:00 | E-mail | Çapa göndər


Oktyabrın 30-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Nəsimi Rayon İcra Hakimiyyəti ilə birlikdə “Yaşlı nəslin təcrübəsindən faydalanaq” layihəsi çərçivəsində növbəti tədbir keçirib.
Tədbirdə Nəsimi Rayon Ağbirçəklər Şurasının üzvləri və rayonun təlim-tərbiyə müəssisələrində təhsil alan gənclər iştirak edibər.
Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva bildirmişdir ki, dövlət tərəfindən uğurla həyata keçirilən ailə siyasəti milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasını və gələcək nəsillərə çatdırılmasını təmin edir. Son illərdə əhalinin həyat səviyyəsini, iqtisadi imkanlarını yüksəltmək məqsədilə bir sıra dövlət sənədləri və fəaliyyət proqramları qəbul edilib. Azərbaycanda aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması üçün dövlət tərəfindən müxtəlif meyarlar üzrə bir sıra müavinətlər, ünvanlı sosial yardımlar təyin olunub.
Z.Quliyeva bu sahədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətini xüsusi vurğulayıb. Bildirib ki, Mehriban xanım Əliyevanın dəstək verdiyi bütün layihələr xalqımızın milli-mənəvi dəyərləri ilə yanaşı, ailə dəyərlərinin də geniş təbliğinə zəmin yaradır.
Dövlət ailə siyasətindən danışan AQUPDK sədrinin müavini Aynur Sofiyeva bildirib ki, komitə tərəfindən gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunmaları, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, yaşlılara hörmət, kiçiklərə qayğı kimi ənənələrin davam etdirilməsi məqsədilə maarifləndirici tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı olaraq “Yaşlı nəslin təcrübəsindən faydalanaq” mövzusu üzrə genişmiqyaslı layihəyə başlanılıb. Layihənin respublikanın bütün şəhər və rayonlarında keçirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində ilk tədbir Beynəlxalq Ahıllar Günündə qeyd olunub.
Tədbirdə milli-mənəvi dəyərlərin, ailə mədəniyyətinin, nəsillərarası münasibətlərin qorunub saxlanılması və digər mövzularda müzakirələr aparılıb.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info