ADA-da Əfqanıstan rəsmiləri üçün təşkil edilən kurs başa çatıb
Tarix: 30.10.2013 | Saat: 18:59:00 | E-mail | Çapa göndər


Azərbaycan Diplomatik Akademiyasının İxtisasartırma Proqramının Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzi, Latviyanın Xarici İşlər Nazirliyi və İsveçrənin Azərbaycandakı səfirliyi ilə birlikdə Əfqanıstanın dövlət rəsmiləri üçün təşkil etdiyi “Keçid dövründə dövlət quruculuğu” adlı dördüncü təlim kursu başa çatıb.
Oktyabrın 21-də başlayan və doqquz gün davam edən kurs çərçivəsində Əfqanıstanın 20 dövlət rəsmisinə fərqli sistemlər çərçivəsində gender, sülh və ədalət, media, keçid dövründə insan hüquqları, təhsil, vətəndaş cəmiyyəti, insan təhlükəsizliyi, vətəndaş hərəkatları, korrupsiyaya, ekstremizmə qarşı mübarizə və s. mövzularda təlim keçilib. Azərbaycan, İsveçrə və Latviya hökumətlərinin maliyyə dəstəyi ilə baş tutmuş təlim kursu çərçivəsində iştirakçılar ADA-nın kampusu və Bakının bir sıra tarixi yerləri ilə də tanış olublar.
Kursun başa çatması ilə əlaqədar oktyabrın 30-da keçirilən tədbirdə ADA-nın rektoru, xarici işlər nazirinin müavini, professor Hafiz Paşayev və Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzinin nümayəndəsi Mark Finaud iştirakçılara sertifikatlar təqdim ediblər.
Tədbirdə çıxış edən rektor Hafiz Paşayev bildirmişdir ki, kursun məqsədi Əfqanıstanda dövlət quruculuğu prosesi, qeyri-dövlət təşkilatlarının yaradılması və ümumilikdə bu ölkənin problemləri ilə bağlı məsələlərin həllinə kömək etməkdir. Hafiz Paşayev qeyd edib ki, kursa böyük maraq olduğundan gələcəkdə də bu sahədə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur.
Rektor demişdir ki, Azərbaycan ilə Əfqanıstan arasında dostluq və qardaşlıq münasibətləri mövcuddur. Azərbaycanın Əfqanıstanda dövlət quruculuğu prosesinə fəal dəstək verməsi məmnunluq doğurur və biz də bu işdə həmişə iştirak etməyə hazırıq.




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Azərbaycanda Çernobıl əlilləri dövlətin qayğısı ilə əhatə olunublar
23.04.2019
Real TV-yə ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib
23.04.2019
Frankofoniya həftələrinin yekun konserti “Bakcell”in dəstəyilə keçirilib
23.04.2019
Formula 1 yarışları ilə əlaqədar fasiləsiz elektrik enerjisi təchizatı tam təmin olunacaq
23.04.2019
Yusif Babanlı İTV Yayım Şurasına yeni üzv seçilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info