Zəminə Dünyamalıyeva İctimai Palatadan da getdi
Tarix: 30.10.2013 | Saat: 19:10:00 | E-mail | Çapa göndər


Son zamanlar müxalifət daxilində cərəyan edən mənfi proseslər bu düşərgə adına formalaşmış mənfi imici daha da gücləndirib. Belə neqativ hallardan biri də müxalifət daxilində gedən çaxnaşma və söz davasının sonda istefalarla nəticələnməsidir. Bu olaylardan biri müxalifətdəki nadir siyasətçi xanımlardan olan Zəminə Dünyamalıyeva ilə bağlı yaşanıb.
Açıq Cəmiyyət Partiyası Ali Məclisinin sabiq sədri və “milli şura”nın keçmiş üzvü olan Zəminə Dünyamalıyeva üzvü olduğu digər bir siyasi birlikdən – İctimai Palatadan da istefa verərək, buradakı fəaliyyətini dayandırdığını açıqlayıb.
Bu barədə Zəminə Dünyamalıyevanın sosial şəbəkələrdə yaydığı məlumatında qeyd edilib. Z.Dunyamalıyeva bildirib ki, İctimai Palata hələ də fəaliyyətini davam etdirirsə, o, “milli şura”dan istefa verdikdən sonra bu qurumdan da getmiş hesab olunur: “Mən İctimai Palatanın özünü buraxacağını düşünürdüm. Ancaq bu qurum hələ də mövcuddursa, mən təbii ki, buradan da getmiş hesab olunuram”.
O, bu qurumdan istefa verməklə bağlı hər hansı xüsusi müraciət və ya ərizə yazmaq fikrində deyil: “Oraya üzv olanda ərizə yazıb qəbul olunmuşdum ki, indi də ərizə yazıb çıxım? Mən “milli şura”dan istefa verdiyimi açıqlayandan sonra İctimai Palatadakı fəaliyyətimi də dayandırmışam”.
ACP Ali Məclisinin sabiq sədri deyib ki, əslində “milli şura” yarananda İctimai Palata öz fəaliyyətini dayandırmışdı, çünki buradakı şəxslərin demək olar hamısı yeni yaranan quruma keçmişdi: “Bir neçə adam bunu özünə hobbi bilir ki, hansısa adda qurum olsun, bunun da adı orada olsun. İctimai Palatanın bütün üzvləri “milli şura”dadırsa, bu qurumun qalıb-qalmamasının hansı əhəmiyyəti var axı?!”.
Qeyd edək ki, Z.Dünyamalıyeva “milli şura”nın sonuncu sessiyasında özünün müraciətinə əsasən bu qurumun üzvlüyündən çıxarılmışdı.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info