Fransa nümayəndə heyəti Qusar və Quba rayonlarında olub
Tarix: 30.10.2013 | Saat: 19:15:00 | E-mail | Çapa göndər


Oktyabrın 31-də Azərbaycan paytaxtında işə başlayacaq III Bakı Beynəlxalq Humanitar Forumunda, eləcə də noyabrın 2-də Gəncə şəhərində açılacaq ikinci Gəncə Beynəlxalq üzüm və şərab festivalında iştirak edəcək Fransa nümayəndə heyəti Qusar və Quba rayonlarında olub.
Fransanın Nior şəhərinin meri, Fransa – Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü xanım Jenevie Qayanın rəhbərlik etdiyi nümayəndə heyəti Qusara səfəri çərçivəsində Bayraq meydanında, Heydər Əliyev Mərkəzində, rayon rəsm qalereyasında olmuş, “Qanlı dərə”də Qusar və Quba qəhrəmanlarının şərəfinə ucaldılmış abidəni ziyarət ediblər. Bundan sonra rayon mədəniyyət sarayında Fransa nümayəndə heyətinə yerli folklor nümunələri təqdim olunub.
Şəhərlə tanışlıqdan sonra Qusar Rayon İcra Hakimiyyətində fransalı qonaqlarla görüş keçirilmişdir. Görüş çərçivəsində Qusar və Fransanın Mejev şəhərləri arasında dağ-xizək, qış turizmi, eləcə də mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlığa dair ilkin razılaşma əldə olunub. Bildirilib ki, Fransanın Mejev şəhəri təbii şəraitinə görə Qusara çox bənzəyir və orada da “Şahdağ” Qış-Yay Turizm Kompleksinə bənzər kompleks fəaliyyət göstərir.
Daha sonra Fransa nümayəndə heyəti “Şahdağ” Qış-Yay Turizm Kompleksində yaradılmış şəraitlə yaxından tanış olublar.
Qusardan sonra Fransa nümayəndə heyəti Qubaya gəlib. Rayon icra hakimiyyətində keçirilən görüşdə qonaqlara Qubanın tarixi, mədəniyyəti, müasir inkişafı barədə ətraflı məlumat verilib. Fransalı qonaqlar bu günlərdə Qubada keçirilən Alma bayramı ilə maraqlandıqlarını, Fransanın Nior şəhərində də alma festivalına hazırlıq işləri görüldüyünü bildiriblər.
Görüşdə Azərbaycanın ayrı-ayrı şəhərləri ilə Fransa şəhərləri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsindən söz açılıb.
Sonda Quba və Fransanın Nior şəhərlərinin qardaşlaşmış şəhərlər olması barədə saziş imzalanıb.
Səfər çərçivəsində Fransa nümayəndə heyəti Quba Soyqırımı Memorial Kompleksində olmuş, həmçinin şəhərin görməli yerlərini gəzib.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info