Azərbaycanın İrana investisiya yatırması üçün yaxşı imkan var
Tarix: 30.10.2013 | Saat: 19:27:00 | E-mail | Çapa göndər


Qonşu ölkəyə yatırım həm iqtisadi dividend, həm də strateji önəm deməkdir

Bu gün dünyanın iqtisadi düzənində də yeni konfiqurasiyalar baş verməkdədir. Bu baxımdan hər bir müstəqil və iqtisadi gücü, potensialı, manevr imkanları olan dövlət baş verən proseslərdən faydalanmağa, dünyada iqtisadi mövqeyini, beynəlxalq imicini gücləndirməyə çalışır. Bu arada mövzu ilə bağlı qonşu və bizə yaxın İranda yürüdülən siyasəti və bundan irəli gələn yeni mənzərəni diqqətə almaq məqsədəuyğun olardı.
Belə ki, İran kardinal şəkildə xarici neft şirkətləri ilə iş sxemini dəyişir ki, onları ölkənin enerji sektoruna cəlb etsin. Bu barədə London qəzeti olan “Financial Times”da maraqlı bir informasiya gedib. Qəzet qeyd edir ki, İran öz neft emalı sənayesi üçün xarici yatırımçılara faydalı müqavilələr təklif etməyə hazırlaşır. Yeni razılaşmaların detalları 2014-cü ilin martında açıqlanacaq. İranın yeni hökumətinin bu səylərinin əsas məqsədi yaxın üç ildə ölkənin neft sektoruna 100 milyard dollarlıq investisiya cəlb etməkdir.
Xüsusilə qeyd etmək lazımdır ki, qonşu İranın sözügedən sferada yeni siyasət yürütməsi iqtisadi qüdrəti getdikcə artan Azərbaycan dövləti üçün yaxşı bir fürsət kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan dövləti artıq xarici ölkələrdə investisiyalar yatırmaq təcrübəsinə yiyələnib. Xarici ölkələrə investisiya yatırmaq iqtisadi gücümüzü artırmağın bir diversifikasiyası olması, iqtisadi dividend gətirməsi ilə yanaşı, həm də böyük strateji önəm kəsb edir. Nəzərə almaq lazımdır ki, Azərbaycan daxilində investisiya yatırmaq müəyyən həddədir. Kiçik ölkə olduğumuz üçün güclü investisiya resurslarımız nisbətən qat-qat çox imkanları gerçəkləşdirməyi diktə edir. Bu baxımdan dövlətin investisiya imkanlarını yalnız Azərbaycan bazarı ilə məhdudlaşdırmaq məqsədəuyğun olmazdı. Prezident İlham Əliyev də qarşıya məqsəd qoyub ki, iqtisadi siyasətin yeni mərhələsində xarici investisiyalara ciddi önəm verilməlidir. Prezident inauqurasiya mərasimində bu barədə belə bildirib: “Bu gün dünyada xarici investorlar üçün şərait yaradılır, onlar dəvət edilirlər və bir çox ölkələr istəyirlər öz iqtisadi vəziyyətlərini xarici investisiyalar hesabına yaxşılaşdırsınlar. Bizim isə iqtisadi siyasətimiz, əksinə, xarici bazarlara investisiya qoymaqdan ibarətdir. Çünki biz gələcəkdə daxili investisiyaları o qədər də artıra bilməyəcəyik. İqtisadi qanunlar da buna imkan verməyəcəkdir. Ona görə iqtisadi amildən istifadə edib dünyada daha çox dost qazanmaq xarici siyasətlə bağlı prioritet məsələlərdən biridir”.
Dövlət başçısının qeyd etdiyi kimi, xarici siyasətlə bağlı təşəbbüslərimiz, eyni zamanda, bizim iqtisadi imkanlarımızı da artırır. Bu baxımdan Azərbaycanın iqtisadi inkişafının həm də xeyli dərəcədə xaricə qoyulan investisiyaları ilə də bağlı olacağı reallığa çevrilir. Belə olan halda dünyada nə qədər çox dostlarımız olsa, bizim iqtisadi inkişafımız o qədər də uğurlu olacaq. Bu, uzaqgörən və yeni mərhələdə irəli sürülən effektli iqtisadi siyasət olmaqla yanaşı, dünyada hər mənada mövqeyimizin daha da güclənməsinə hesablanmış strateji gediş sayılmalıdır.
İndi isə qeyd etdiyimiz kimi, bizə yaxın olan İranın 100 milyardlıq investisiyaya ehtiyacı var. Azərbaycan da investisiya qoymağa yer axtarır. Ona görə də İrana investisiya qoymaq fürsətindən Azərbaycan yaxşıca yararlana bilər. Əslində isə beynəlxalq situasiya da buna imkan verir. Belə ki, bu gün baş verən proseslər göstərir ki, Qərb İrana meyillənir, bu iki tərəf arasındakı “buzlar artıq əriyir” və müxtəlif sferalarda əməkdaşlıq perspektivləri artıq reallaşmağa başlayır. Uzun müddət Qərblə kəskin rəqabət və intriqalar şəraitində olmuş, iqtisadi sanksiyalara məruz qalan İranın hazırda ABŞ və Avropa üçün loyal tərəfdaşa çevrilməyə başlaması həmin qonşu ölkəyə yatırılacaq investisiyaların səmərəliliyi və perspektivi baxımından da diqqət çəkir. Bu isə bir daha İrana investisiya yatırmağı məqsədəuyğun edir.
Onu da əlavə edək ki, Azərbaycanın xaricə investisiya qoymaqla bağlı müsbət təcrübəsi və bundan qazanılan dividendlər də bir daha bu fürsətdən yararlanmağı diktə edir. Məsələn, xatırladaq ki, 2008-ci ildə Türkiyənin “Petkim” neft-kimya təsislərinin sahibi olmuş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti qarşıdakı hədəfləri böyüdərək 2023-cü ildə Türkiyənin ən böyük şirkəti olmağı planlaşdırır. Hazırda “Petkim” ilə bağlı sərmayənin həcmi 9,8 milyard dollar təşkil edir və Trans-Anadolu təbii qaz kəməri ilə birlikdə bu rəqəm 17 milyard dollara çatmış olur. Beləliklə, şirkətimiz Türkiyədə ən böyük sərmayəçi olacaq. Bundan başqa, “Socar Turkey Energy” şirkətinin Türkiyə hökumətinin strateji sərmayə çərçivəsində sərmayələrin təşviqi sənədini alması da əlavə 1,5 milyard dollar gəlir əldə olunmasına səbəb olub. Bütün bunlar İran bazarında da Azərbaycan investisiyasının söz sahibi olmasının hər baxımdan önəmini diqqət mərkəzinə gətirir...

İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu
18.09.2018
Rusiya və Türkiyə prezidentləri Soçidə görüşüblər
18.09.2018
Türkiyə və Rusiya prezidentləri Suriya böhranı ilə bağlı ciddi anlaşma əldə ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info