BSU Zaqreb Universiteti ilə müqavilə imzalayıb
Tarix: 30.10.2013 | Saat: 21:54:00 | E-mail | Çapa göndər


Bakı Slavyan Universitetinin beynəlxalq əlaqələri inkişaf etməkdədir. BSU-nun elmi-mədəni əlaqələrinin mühüm bir hissəsini dünyanın müxtəlif universitetləri və elm mərkəzləri ilə həyata keçirilən layihələr təşkil edir. Bu qəbil layihələr sırasına Xorvatiyanın Zaqreb Universiteti ilə əməkdaşlıq da daxil oldu.
Bu əlaqələrin davamı olaraq Xorvatiyanın nüfuzlu Zaqreb Universitetinin rektoru professor Aleksa Byeliş BSU-nun qonağı olub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev BSU-nun xarici əlaqələrinin daim genişləndiyini diqqətə çatdırıb, III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək məqsədilə Azərbaycana səfər etmiş xorvatiyalı həmkarının BSU-ya gəlişindən çox şad olduğunu bildirib. Rektor çıxışında slavyan xalqlarının dil və mədəniyyətlərinin tədqiqi və təbliği istiqamətində təcrübə toplamış universitetimizdə serb və xorvat dillərinin də tədris olunmasının artıq vaxtının çatdığını qeyd edib.
Aleksa Byeliş rəhbərlik etdiyi universitet haqqında geniş məlumat verməklə yanaşı, BSU-da fəaliyyət göstərən tədris-mədəniyyət mərkəzləri ilə tanışlıqdan məmnun olduğunu qeyd edib, Zaqreb Universitetində də BSU tərəfindən Azərbaycan dili və mədəniyyəti mərkəzinin yaranmasının təqdirəlayiq bir hadisə ola biləcəyini nəzərə çatdırıb: “Burada fəaliyyət göstərən mərkəzlərin təşkili mənə xoş təsir bağışladı. Bu mərkəzlər Slavyan Universitetinin təhsil və mədəniyyət göstəricisidir”. Bakı Slavyan Universitetinin qabaqcıl ali təhsil ocaqları sırasına daxil olduğunu vurğulayan qonaq belə bir təhsil mərkəzi ilə əməkdaşlığın gələcək uğurlar üçün başlanğıc olduğunu qeyd etdi. Daha sonra BSU və Zaqreb Universitetlərinin rektorları iki ali təhsil ocaqları arasında yaranan əlaqələri rəsmiləşdirmək üçün əməkdaşlıq müqaviləsi imzalayıbar. Müqavilədə tərəflər arasında müəllim, elmi işçi, tələbə mübadiləsinin həyata keçirilməsi, birgə elmi-tədqiqat fəaliyyətinin, elmi tədbirlərin-konfransların, seminarların, simpoziumların, kollokviumların təşkili, elmi məqalə məcmuələrinin hazırlanması və nəşr olunması, tərəflərin elmi-tarixi ədəbiyyatla qarşılıqlı təmin olunması nəzərdə tutulub.
Daha sonra Beynəlxalq münasibətlər kafedrasının müdiri professor Oktay Əliyev Xorvatiyanın tarixindən bəhs edən “Sloveniya və Xorvatiya: Müharibə və Sülh diplomatiyası” adlı kitabını qonağa hədiyyə edib.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda
13.11.2018
Sığorta şirkətinin yığımları 12 mln. manata çatdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info