Mixail Saakaşvili: “İvanişvili məni həbslə hədələyib”
Tarix: 30.10.2013 | Saat: 22:28:00 | E-mail | Çapa göndər


Gürcüstan prezidenti Mixail Saakaşvili bəyan edib ki, Bidzina İvanişvilinin hökumətindəki məmurlar prezidentlik müddəti bitəndən sonra onu məhkəmə çəkişməsi ilə hədələyiblər.
“BBC”nin xəbərinə görə, Saakaşvili Brüsselə səfəri çərçivəsində Avropa Komissiyasının sədri Joze Manuel Barrozu ilə görüşüb. Gürcüstan prezidentinin sözlərinə görə, ona hədə-qorxu gələn hökumət üzvləri hətta onun saxlanılacağı konkret həbsxananı da qeyd ediblər. Saakaşvili onun həbsinin Gürcüstan-Rusiya münasibətlərinin normallaşdırılmasının şərtlərindən biri olduğunu hesab edir: “Mən düşünürəm ki, bu bizim demokratik Avropa gələcəyimizə uyğun deyil. Bu, gürcü xalqının iradəsinə və demokratiyanın ruhuna ziddir”. Joze Manuel Barrozu isə, öz növbəsində, qeyd edib ki, Gürcüstan hökuməti ədaləti bu cür seçmə yolla müəyyən etməkdən boyun qaçırmalıdır. Qeyd edək ki, hazırkı prezidentin səlahiyyətləri seçkilərdə qalib gəlmiş Georqi Marqvelaşvilinin andiçməsindən sonra dayandırılacaq. İnauqurasiya noyabrın 17-də təyin olunub.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info