“Dünya ictimaiyyəti Ermənistanın Dağlıq Qarabağla bağlı heç bir hüququnu tanımır”
Tarix: 30.10.2013 | Saat: 22:53:00 | E-mail | Çapa göndər


“Nə Birləşmiş Millətlər Təşkilatı, nə də ki, dünyanın əksər ölkələri Ermənistanın işğalçı dövlət kimi Dağlıq Qarabağla bağlı heç bir hüququnu tanımır”.
Bu barədə Avropa Parlamentinin Sloveniyadan olan üzvü İvo Vayql Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair sorğusuna cavab olaraq bildirib. İ.Vayql deyib ki, Ermənistan beynəlxalq hüquq normalarını kobudcasına pozub və öz qoşunlarını Dağlıq Qarabağdan çıxarmalıdır: "Ermənistan bütün regionun sabitliyini pozur”. Avropalı parlamentarinin sözlərinə görə, beynəlxalq ictimaiyyət tərəfindən tanınmış hüdudlar çərçivəsində ölkələrin ərazi bütövlüyünün toxunulmazlığı prinsipi dünyada sülh və sabitliyin təmin olunması üçün əsas prioritetdir: "Əgər Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramının iştirakçısı ölkələrindən biri bu prinsipə əməl etmirsə, bu, bütün ölkələr üçün problem deməkdir. Odur ki, bu məsələ təcili şəkildə öz həllini tapmalı və adekvat qərarlar qəbul olunmalıdır. Azərbaycanın işğal olunmuş torpaqlarından deportasiyaya məruz qalan hər bir məcburi köçkün öz doğma yurduna qayıtmaq şansına sahib olmalıdır". İ.Vayql vurğulayıb ki, Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasındakı əməkdaşlıq təkcə Qərbi Avropa ölkələrinin enerji ilə təmin olunması məsələsi ilə məhdudlaşmır: "Azərbaycan regiondakı sabitliyin əsas qarantıdır. Bu səbəbdən də Aİ regiondakı dondurulmuş münaqişələrin sülh yolu ilə həll edilməsində maraqlıdır: "ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli üçün xeyli əmək sərf edib. Lakin aydın məsələdir ki, bu problem təkcə diplomatik müstəvidə həll olunası bir məsələ deyil. Bu, nəzərəçarpacaq siyasi problemdir ki, Cənubi Qafqazda söz sahibi olan bütün dövlətlərin əməkdaşlığı sayəsində həll oluna bilər".




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info