İqtisadiyyat və Sənaye Nazirliyində Fransa nümayəndələri ilə görüş
Tarix: 30.10.2013 | Saat: 23:30:00 | E-mail | Çapa göndər


İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev oktyabrın 30-da Bakıda səfərdə olan Fransa Parlamentinin deputatlarının, bir sıra regionlarının rəhbərlərinin, eləcə də Beynəlxalq Üzüm və Şərab Təşkilatının baş katibi Federico Kasteluçinin təmsil olunduğu nümayəndə heyəti ilə görüşmüşdür.
Görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Fransa arasında siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin uğurla davam etdiyini, ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu vurğulamışdır. Bildirilmişdir ki, Fransada Azərbaycan Evinin, Azərbaycanda fransız liseyinin açılması ikitərəfli əlaqələrin daha da genişlənməsinə töhfə verəcəkdir. Fransa və Azərbaycanda keçirilən şərabçılıq festivalları iş adamları arasında əməkdaşlığın genişlənməsində əhəmiyyətlidir. Bu yaxınlarda Gəncədə Şərab Festivalının keçiriləcəyini xatırladan nazir Şahin Mustafayev belə tədbirlərə marağın artdığını, sərgi, təqdimat və biznes forumların ikitərəfli əlaqələrin inkişafında müsbət rolunu qeyd etmişdir. Nazir Şahin Mustafayev iki ölkə arasında ticarət əlaqələrinin uğurla davam etdiyini vurğulayaraq qarşılıqlı ticarət əlaqələrində məhsulların çeşidinin artırılmasının vacibliyini diqqətə çatdırmışdır.
Görüşdə Azərbaycan-Fransa əlaqələrinin inkişafında Heydər Əliyev Fondunun fəaliyyəti xüsusilə vurğulanmışdır.
Görüşdə nazir Şahin Mustafayev Azərbaycanın etibarlı tərəfdaş, regionun iqtisadi və mədəni mərkəzi olduğunu qeyd etmiş, ölkəmizdəki siyasi və makroiqtisadi sabitliyi vurğulayaraq investorlar üçün əlverişli şərait yaradıldığını diqqətə çatdırmışdır.
Burqundiya regionunun Yon vilayətinin Ali Şurasının prezidenti Andre Vilye, Fransa Parlamentinin senatoru Juel Qağyo-Melam ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini, iqtisadi sahədə, o cümlədən kənd təsərrrüfatı sahəsində əməkdaşlığın genişləndiyini qeyd etmiş, iqtisadi əlaqələrin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduqlarını bildirmişlər.
İlkin




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Lənkəranda kimsəsiz uşaqlar üçün Novruz şənliyi təşkil edilib
19.03.2019
Ağcabədidə şəhid ailələrinə bayram sovqatı paylanılıb
19.03.2019
Qaradağ rayonunda Novruz şənliyi təşkil olundu
19.03.2019
Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
19.03.2019
Bu gün ilaxır – Torpaq çərşənbəsidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
4 Yuliya Naçalova vəfat edib
5 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info