Gənclərdən çağırış: “Düşün, tətbiq et və nəticələndir”
Tarix: 31.10.2013 | Saat: 18:12:00 | E-mail | Çapa göndər


1-4 noyabr tarixlərində Şimali Kipr Türk Cümhuriyyətində Gənclərin I Akademik Forumu gerçəkləşəcək. Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə baş tutacaq foruma, Şimali Kiprin Doğu Akdeniz Universiteti və DAÜ Azərbaycan Tələbə Cəmiyyəti dəstək verir. Belə ki, “Düşün, tətbiq et və nəticələndir” şüarı ilə reallaşacaq foruma ŞKTC təmsilçiləri olmaq üzrə 25 ölkədən gənclər dəvət olunub.
Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlunun verdiyi məlumata görə, forumun əsas məqsədi gənclər arasında elmi əlaqələrin inkişaf etdirilməsi, ölkələr arası akademik iş birliyinin inkişaf etdirilməsi və gənclərin potensialından istifadə olunması, müasir Azərbaycan dövlətinin siyasətinin dəstəklənməsidir ki, forum zamanı gənclərlə diskussiya aparılacaq. Onun sözlərinə görə, akademik forum zamanı həmçinin, son zamanlar Azərbaycanda aparılan təhsil islahatları, gənclər siyasəti, gənclərimizin xaricdə təhsil alması üçün göstərilən diqqət və qayğıdan da söhbət açılacaq.
Forumda ŞKTC-in prezidenti Dərviş Eroğlu, DAU Universitetinin rektoru, professor Abdullah Öztopraq, AKDC sədri Orxan Həsənoğlu açılış çıxışı edəcəklər.
Sonda onu da qeyd edək ki, forumda Azərbaycan respublikası Milli Məclisinin üzvü, millət vəkli Aydın Mirzəzadənin, Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramil Məmmədovun və tanınmış jurnalist Arzu Soltanın da iştirakı gözlənilir.

İlkin




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info