Naxçıvan şəhərində arxeoloji araşdırma aparılması imkanları nəzərdən keçirilir
Tarix: 31.10.2013 | Saat: 18:20:00 | E-mail | Çapa göndər


AMEA Naxçıvan Bölməsində Naxçıvan ərazisində aparılan arxeoloji araşdırmalarla bağlı dördüncü hesabat toplantısında bölmənin sədri, akademik İsmayıl Hacıyev gələn il Naxçıvan şəhəri ərazisində arxeoloji araşdırmaların aparılması imkanlarının nəzərdən keçirildiyini deyib.
“Ərəbyengicədə arxeoloji araşdırmalar – 2013” adlı hesabat yığıncağını giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bu il ərzində Naxçıvan ərazisində arxeoloji araşdırma aparan IV ekspedisiyanın da uğurlu nəticələr əldə etdiyini diqqətə çatdırıb. Bölmə sədri qeyd edib ki, həm Ordubad ərazisində arxeoloji araşdırmalar aparan AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Xarabagilan” arxeoloji ekspedisiyası, həm Azərbaycan (Naxçıvan) – ABŞ, həm Azərbaycan (Naxçıvan) – Fransa, həm də AMEA Naxçıvan Bölməsinin Ərəbyengicə arxeoloji ekspedisiyalarının əldə etdiyi nəticələr Naxçıvan ərazisinin arxeoloji cəhətdən nə qədər zəngin olduğunu göstərir. Təqribən 150 ilə yaxındır ki, Naxçıvan ərazisində arxeoloji tədqiqatlar aparılsa da, Naxçıvanda çoxlu abidələr var ki, öz tədqiqini gözləyir. Akademik İsmayıl Hacıyev Ərəbyengicə arxeoloji ekspedisiyasının AMEA Naxçıvan Bölməsi tərəfindən bu il təşkil edilən yeganə müstəqil ekspedisiya olduğunu diqqətə çatdırıb.
Sonra Ərəbyengicə arxeoloji ekspedisiyasının rəhbəri, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev slayd vasitəsi ilə ərazidə aparılan arxeoloji tədqiqatlar, əldə edilən maddi-mədəniyyət nümunələri və onların xarakterik xüsusiyyətləri barədə məlumat verib. O qeyd edib ki, indiyə qədər ən qədim mədəni təbəqəsinin Erkən Tunc dövrünə aid edildiyi Ərəbyengicədə aparılan arxeoloji tədqiqatların əsas məqsədlərindən biri burada Eneolit dövrünə aid mədəni təbəqənin olub-olmadığını araşdırmaq olub. 2009-cu ildə ərazidə ilkin arxeoloji kəşfiyyat işləri aparılıb. Bu il həyata keçirilən qazıntı işləri zamanı Eneolit dövrünə aid xarakterik keramika nümunələri, Kür-Araz mədəniyyətinə aid edilən saxsı qablar, məişət və bəzək əşyaları aşkara çıxarılıb. Tədqiqatların sonunda aşkara çıxarılan gil fiqur isə xüsusilə maraq doğurur. İlkin ehtimallara görə, bunun inanc sistemi ilə bağlı olduğu ehtimal edilir.
Hesabat yığıncağına yekun vuran AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev arxeoloji ekspedisiyanın təşkilinə göstərdiyi yüksək diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova bölmə əməkdaşları adından minnətdarlığını ifadə edib. O da vurğulanıb ki, artıq növbəti ildə Naxçıvan şəhəri ərazisində arxeoloji tədqiqatların aparılması imkanları da nəzərdən keçirilir.

Elnur KƏLBİZADƏ




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info