“Milli şura” birləşdirici yox, ayırıcı bir formatdır”
Tarix: 31.10.2013 | Saat: 21:51:00 | E-mail | Çapa göndər


Belə bir intriqant qurum hakimiyyətə gəlsəydi, cəmiyyət nə günə düşərdi...

“Milli şura” birləşdirici yox, ayırıcı bir formatdır”. Bu barədə mətbuata Müsavat Partiyasının təmsilçisi Rauf Arifoğlu bildirib.
O deyib ki, “milli şura”da konfliktlər, onu təsis edən partiyaların bir-birinə qarşı verdiyi bəyanat və ittihamlar heç düşmənlər arasında da olmur: “MŞ-ni təsis edən qurumların bir yarısı digər yarısına qarşıdır. Xarici dövlətə - konkret Rusiyaya bağlı olan siyasi liderlər var orada. Seçki kampaniyası dönəmində bir sıra liderlərin - xüsusi ilə Rəsul Quliyev və Lalə Şövkətin verdiyi açıqlamalar müxalifətin kürəyinə saplanan bıçaq kmi qiymətləndirilə bilər. MŞ-nin tək bir sessiyası olmadı ki, tam həmrəylik şəraitində keçsin. Təlatümlər indi də davam edir. Bu baxımdan, “millli şura” layihəsi Azərbaycana, onun müxalifətinə problemdən başqa heç nə vermədi. “Milli şura” formatı heç vaxt funksionallıq göstərmədi axı. Belə bir struktur yoxdur. Sadəcə, üzvlər var; hər dəfə fərqli salona yığışıb, dalaşırlar. Bundan sonra da, nə zaman yığışsalar, mütləq dalaşacaqlar. Əksinin olması üçün gərək MŞ yenidən formatlaşdırılsın”.
Qeyd edək ki, əksər müxalifət nümayəndələri “milli şura” adlı radikal müxalifət qurumunu bu cür ayırıcı, intriqaçı, hətta separatçı bir təşkilat kimi tanıyıblar, onun cəmiyyətə yalnız pis vərdişlər və tendensiyalar aşıladığını bildiriblər. İndi görün, belə bir intriqant qurum hakimiyyətə gəlsəydi, cəmiyyət nə günə düşərdi...
Qorqud




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”
21.09.2018
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info