“Gənclərimiz hər zaman bütün proseslərin nüvəsində durur”
Tarix: 31.10.2013 | Saat: 22:51:00 | E-mail | Çapa göndər


Rəşad Cəfərov: “Azərbaycan xalqı hər zaman öz gəncini mübariz, vətənpərvər ruhda tərbiyə edib”

“İnnovasiyaya Doğru Gənclərə Dəstək” İctimai Birliyinin sədri Rəşad Cəfərovla müsahibəni təqdim edirik:

- Cəmiyyətin inkişafında gənclər nə dərəcədə öz töhfəsini verirlər?
- Hər zaman dünyanın istənilən ölkəsində gənclər sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biri, cəmiyyətin islahatları hərəkətə gətirən zümrəsi və yaşlı nəslin davamçısı hesab olunur. Gənclər cəmiyyətin ən dinamik zümrəsi olmaqla ictimai-siyasi və mədəni həyatımda fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. Bu, tarixən belə olub. Məncə, buna səbəb hər bir xalqın özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə gənc nəsillə bağlamasıdır. Azərbaycan xalqı hər zaman öz gəncini mübariz, vətənpərvər ruhda tərbiyə edib. Elə buna görə də Azərbaycan gənci cəmiyyətimizə öz töhfəsini daha çox bu ruhda ortaya qoyur. Adı qürurla hər zaman çəkilən Mübariz İbrahimov, Avropa səhnəsindən qalib ayrılan Nigar və Eldar, himnimizi idman arenalarında dəfələrlə səsləndirən digər gənclərimiz və sair. Bu gün Azərbaycan gənci çox yaxşı birləşməyi bacarmaq əzmindədir. Onlar müxtəlif təşkilatlarda birləşərək yeni, innovativ layihələri ilə cəmiyyətin inkişafına dəstək olmağa çalışırlar. Xüsusi ilə qeyd edim ki, bu gün dövlətimiz gənclərin fəaliyyəti üçün yaratdığı şəraitlə bəlkə də dünyanın bütün ölkələrinə nümunə ola biləcək səviyyədədir. Yaradılan bu şəraitdən Azərbaycan gənci heç zaman kənarda qala bilməz və qeyd etdiyim kimi hər zaman bütün proseslərin nüvəsində durur.
- Gənclərimizin ictimai-siyasi aktivliyi özünü necə göstərir?
- Sadəcə internet üzərindən bir balaca diqqət yetirsək Azərbaycan gəncinin bugünkü ictimai-siyasi aktivliyinin şahidi olmaq olar. Çox fəal şəkildə informasiya savaşına qoşulan gənclərimiz var. Çox zaman yalan informasiyaları ilə öndə olan düşmənlərimiz bu gün Azərbaycan gəncinin tutarlı faktları qarşısında tab gətirə bilmir. Dövlətimizə qarşı yönələn hər bir dezinformasiyaya gənclərimiz, gənclər təşkilatları dərhal reaksiya verirlər. Məncə, gənclərimizin üzərinə böyük bir məsuliyyət düşür - ictimai-siyasi aktiv olmaq məsuliyyəti. Azərbaycan gənci də bu məsuliyyəti başa düşür və daim fəallıq göstərir.
- Ümumiyyətlə, bu gün Azərbaycan gənclərini əsas narahat edən nədir?
- Ümummilli liderimiz Heydər Əliyevin bu barədə çox gözəl bir sözünü xatırladım. "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir". Məncə, bu fikir bu gün də, sabah da Azərbaycan gəncinin devizi olmalıdır. Gənclərimizi təqvimimizdəki işğal tarixləri narahat etməlidir. Şuşanın, İrəvanın fəth olunması üçün xəritə çızmalıdır. Azərbaycan gəncinin üzərinə qara ləkə kimi yapışan məğlub əsgər adı bu gün Azərbaycan gəncini ən çox narahat edən məsələ olmalıdır.
- QHT olaraq gənclərlə bağlı hansı layihələr keçirirsiniz?
- Təşkilatımızın istiqamətindən də görünür ki, həyata keçirdiyimiz bütün layihələrin mərkəzində gənclər durur. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə həyata keçirdiyimiz “Təhsil körpüsü” tele-layihəsini, Gənclər və İdman Nazirliyi ilə olan “Milli dəyərlərimizlə məktəbdən Avropaya doğru” layihəsini söyləyə bilərəm. Prezident yanında Gənclər Fondu ilə birgə reallaşdırdığımız “Xarici tələbələrin “Azərbaycan - ikinci vətənim” layihəsi bizi çox fərəhləndirdi. Bu gün də layihələrimiz davam edir. 2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarına gənclərin dəstək verməsini təbliğ edən sosial çarx hazırlayırıq. Həmçinin bölgələrdə internet mediasının etik qaydaları ilə bağlı təlimlər keçiririk. Üzərimizə düşən məsuliyyətimizi anlayaraq cəmiyyətimizin inkişafına öz töhfəmizi verməyə çalışırıq.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
15.01.2019
Azərbaycan Sənaye Korporasiyasının fəaliyyətinin əsas məqsədi istehsal potensialının gücləndirilməsinə nail olmaqdır
15.01.2019
İran regionda təhlükəsizlik və sabitliyin daha da artması üçün Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verməyə hazırdır
14.01.2019
“Azərbaycan Ermənistanı regionda təcrid vəziyyətə salıb”
12.01.2019
Avropa parlamentləri Ermənistanın “konyak diplomatiyası“nda adı keçən siyasətçilərin fəaliyyətlərini ifşa edən araşdırmalar aparmalıdırlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info