İslam Partiyası Müsavatda sirr qoymadı
Tarix: 31.10.2013 | Saat: 22:55:00 | E-mail | Çapa göndər


Seçki öncəsi radikal müxalifətin toplaşdığı “milli şura”dakılar hər cür maska taxaraq öz ətrafında müxtəlif təbəqədən olan insanları toplamağa çalışırdılar. Dindarların “müdafiəçisi” rolunda da çıxış edən “milli şura”nın prezidentliyə namizədi Cəmil Həsənli və onun tərəfdarları seçkidən sonra “rol”larını dəyişərək islamçılara çamur atmağa başladılar. Belə ki, Azərbaycan İslam Partiyası (AİP) radikal müxalifətin toplaşdığı “milli şura” ilə heç bir əlaqələrinin olmaması barədə bəyanatlarından sonra bu partiyaya qarşı hücumlar çoxaldı. Müsavat başqanı İsa Qəmbərin müşaviri Mustafa Hacıbəyli sosial şəbəkələrdə islamçıları təhqir edərək onlara qarşı xoşagəlməz ifadələr işlədib.
AİP-in sədr müavini Akif Heydərli başqanın müşavirinə cavab verib: “Mustafa Hacıbəylinin “Facebook” səhifəsində AİP-ə çamur atması əslində bataqlıqda olan şəxsin ağaca daş atmasına bənzəyir. Əslində onun atdıqları daş öz başına töküləcək, nəticədə bataqlıqda batıb gedəcək. Arif Hacılının qardaşı təbii ki, hər şeyə qardaşının həbsxanaya necə düşüb-çıxması ilə münasibət bəsləməlidir.”
AİP rəsmisi onu da bildirdi ki, təmsil olunduğu qurum “Vətən” Blokunun tərkibində seçkiyə çox böyük ləyaqətlə qoşuldu və üzərinə heç bir qara pərdə atmadı: “Mustafa Hacıbəylinin təmsil olunduğu qurumun üzərinə örtülən pərdədə bir dəlik var idi ki, həmin dəlikdən hər şey çox aşkar görünürdü.”
Müsahib onu da bildirdi ki, Mustafa Hacıbəyli kimilərin bəzi xarici ölkələrin səfirlərinin təlimləri ilə hərəkət etməsi açıq-aşkar görünür: “Onlar bəzi xarici qüvvələrin layihələrini və tapşırıqlarını canla-başla həyata keçirirlər. Əslində islamçılara əl açan Müsavat Partiyası idi. Biz bəziləri kimi xalqı küçələrə tökərək döydürüb, sonra qaçıb gizlənmirik. Mübarizəmiz aşkar və şəffaf şəkildə həyata keçirilir. Maraqlıdır ki, bəziləri nə vaxta kimi xalqı Qərb təşkilatlarının marağına qurban verəcəklər. Biz Amerikaya gedib xalqın taleyini müzakirə etmirik. Xalqın taleyini onların özləri ilə müzakirə edib qərar veririk.”
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info