“MDB ölkələrini “Rusiya, yoxsa Avropa Birliyi” seçimi qarşısında qoymaq düzgün deyil”
Tarix: 31.10.2013 | Saat: 23:00:00 | E-mail | Çapa göndər


“Moskva Avropa Birliyini (AB) MDB ölkələri ilə elə əməkdaşlıq forması tapmağa çağırır ki, onlar Rusiya və AB arasında süni seçim etmək məcburiyyətində qalmasınlar”.
Bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Rusiya Federasiya Şurasının 20 illiyi ilə bağlı keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bölgə geopolitik oyunlar meydançası yox, bölücü xətləri olmayan qarşılıqlı faydalı əməkdaşlıq məkanı olmalıdır: “Rusiya AB-nin Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Belarus və Ukrayna ilə yaxınlaşmasına yönəlik “Şərq Tərəfdaşlığı” Proqramının inkişafını diqqətlə izləyir. Noyabrın 18-də Federasiya Şurasında “AB-nin MDB məkanında geopolitik layihələri: reallaşdırılma yolları və mümkün nəticələri” adlı dəyirmi masa keçiriləcək”. MDB ölkələri ilə əməkdaşlıqdan danışan Q.Karasin qeyd edib ki, onun fəaliyyətinin prioritet istiqamətlərindən biri də birlik üzvü olan dövlətlərdə seçkilərin monitorinqidir: “Müşahidəçilər göndərilməsi təcrübəsi özünü doğrultdu. Monitorinq missiyalarımızın təcrübəsi artır, onların beynəlxalq nüfuzu yüksəlir. MDB seçki müşahidə missiyasının fəaliyyəti kollektiv razılaşdırılmış hüquqi baza əsasında qurulub. Bu isə bizə beynəlxalq müzakirələrdə seçki problemi barədə ümumi yanaşmalarımızı irəli sürmək imkanı verir”.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryanın “yeni kəşfi”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info