“Rusiya Ermənistanı dövlət kimi saymır”
Tarix: 31.10.2013 | Saat: 23:20:00 | E-mail | Çapa göndər


İqor Muradyan: “Ermənistan və Gürcüstan Azərbaycanın Cənubi Qafqazda Qərbin aparıcı tərəfdaşı olması ilə barışmalıdır”

Ermənistanın siyasi rəhbərliyi hesab edirmiş ki, Rusiyanın müəllifi olduğu Gömrük İttifaqına üzv olmaqla Qərbə inteqrasiyanı davam etdirmək mümkün olacaq. Yəqin, Serj Sərkisyanın əhatəsi onu bunun belə olacağına inandırıb. Amma həmin siyasətçilər “3 sentyabr faciəsi”ndən sonra Ermənistana dəyən zərbənin səviyyəsini düzgün
hesablamayıblar.


Bu gün isə hakimiyyət dəhlizlərində, kabinetlərində həmin zərbələrlə bağlı müzakirələr aparılır. Hakimiyyət dəhlizlərində beynəlxalq izolyasiyanın uzun müddət davam edəcəyi ilə bağlı fikirlər dolaşır”. Erməni ekspert İqor Muradyan “Lragir”də qələmə aldığı məqalədə qeyd edir ki, bundan sonra ən böyük biabırçılıq Sərkisyanın noyabrın sonunda Vilnüsə gedib hansısa sənəd imzalaması olacaq: «Bu qalmaqalın ətrafında heç də böyük əks-səda yoxdur. Ermənistanın Qərbi yox, Rusiyanın seçməsi Qərb üçün faciə deyil, sadəcə xoşagəlməz haldır. Digər tərəfdən Ermənistanın təhlükəsizliyi ilə balı heç nə təklif etməyən Qərb özü də qalmaqalın yaranmasında maraqlı deyil. Əsas məsələ isə odur ki, Qərb gələcək üçün Cənubi Qafqazda güclərin nisbətini müəyyənləşdirib və bundan sonra Azərbaycana üstünlük verəcək. Gürcüstan da Azərbaycanın Cənubi Qafqazda Qərbin aparıcı tərəfdaşı olması ilə barışmalıdır. Amma fakt odur ki, Ermənistan Cənubi Qafqazda Qərbin maraqlarına zərbə vurub”. Ekspert qeyd edir ki, Avropa İttifaqının Ermənistana münasibətdə müəyyən məhdudiyyətlər tətbiq etməsi tədricən baş verəcək: “Artıq Avropa İttifaqını təmsil edən müxtəlif diplomatlar, siyasətçilər açıq şəkildə bildirirlər ki, Ermənistanda həyata keçirilən və keçirilməsi nəzərdə tutulan iqtisadi proqramlar ciddi şəkildə ixtisara salınacaq. Həmin proqramlar birdəfəlik dayandırıla da bilər. Çoxdan gündəmdən çıxan Qarabağ məsələsi yenidən gündəmə gəlib və Ermənistan üçün arzuolunmaz şəkildə həll oluna bilər. Söhbət Qarabağın Azərbaycanın nəzarətinə qaytarılmasından gedir. NATO baş katibinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bildirib ki, Ermənistan NATO-nun maraqları dairəsində bir neçə pillə aşağı düşüb. Bu bəyanatın nə demək olduğunu yaxın perspektivdə görəcəyik. NATO mövcud olmayan subyektlə niyə münasibət qursun ki?”. Ekspert qeyd edib ki, Rusiyanın Ermənistanı Gömrük İttifaqına qoşmaqda məqsədi ölkənin iqtisadi inkişafına yardım etmək deyil. Bunu Kremldə heç düşünmürlər də. Rusiyanın əsas məqsədi Ermənistanın Qərblə, NATO ilə əməkdaşlığını birdəfəlik kəsməkdir: “Yaxşı olardı ki, bizim prezidentimiz indidən bəyan etsin ki, xəyali mövcud olan Avrasiya İttifaqı adlı təşkilata da üzv olur. Bilmək olmaz, bəlkə o vaxta qədər Ermənistan dövləti mövcud olmadı. Bu xəbər Ermənistan Respublikasının üzərində eksperiment aparanları sevindirər. Əgər Rusiya Ermənistanı bir dövlət kimi saymırsa, ona niyə hörmət etməlidir ki?”.
Anar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info