Malayziya rəsmi Tehranın xahişini rədd edib
Tarix: 31.10.2013 | Saat: 23:23:00 | E-mail | Çapa göndər


Malayziya Xarici İşlər Nazirliyi bəyanat yayaraq bu ölkədə iki iranlı qadına çıxarılan ölüm hökmünün dayandırılması ilə bağlı rəsmi Tehranın xahişini rədd edib.
31 yaşlı Şəhrzad Mənsur və 26 yaşlı Neda Mustəfayi 2010-cu ilin dekabrında Malayziyaya daxil olarkən tutulublar. Çamadanlarında 5 kiloqram narkotik maddə aşkarlanan qadınlar edama məhkum edilib. İran xarici işlər nazirinin müavini Həsən Qəşqavi Malayziya hökumətinə müraciət edərək qadınların edamının dayandırılmasını xahiş edib: “Həmişə xarici vətəndaşların edamı qarşılıqlı münasibətlərə mənfi təsir göstərib. Biz malayziyalı həmkarlarımıza tövsiyə edirik ki, iki dost və qardaş ölkənin münasibətlərinə xələl gəlməməsi üçün belə bir hökmün icrasını dayandırsınlar”. Malayziya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Malayziya İranla münasibətlərinə böyük dəyər verir. Lakin ölkənin beynəlxalq imicinə və onun təhlükəsizliyinə xələl gətirən qanunsuz fəaliyyətlərə də göz yuma bilməz. Biz istər xarici vətəndaşların, istərsə də ölkə vətəndaşlarının törətdiyi qanun pozuntularına eyni gözlə baxırıq. Bu iki qadın haqqında da qanuni proses davam etməlidir”.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info