“Azərbaycan-Rusiya münasibətlərində problem yoxdur”
Tarix: 31.10.2013 | Saat: 23:39:00 | E-mail | Çapa göndər


Polad Bülbüloğlu: “Azərbaycan Rusiya ilə viza rejiminin tətbiqinə hazırdır”

“Orxan Zeynalovun hüquqlarının müdafiəsi üçün vəkil tutulub, bizim konsulluq onunla görüşüb və o, öz şikayətlərini edib. Biz də lazım olan təşkilatlara çatdırmışıq”. Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib. Onun sözlərinə görə, məsələ hüquq çərçivəsində gedir:
“İndi məhkəmə olmalıdır. Əgər bu insan cinayət törədibsə, təbii ki, cəzasını alacaq. Artıq bunu istintaq, məhkəmə göstərəcək. Biz məsələyə nəzarət edən Rusiyanın bütün təşkilatlarına müraciət etmişik, onun haqqında rəsmi olaraq Rusiya XİN-ə iki nota vermişik. Bunun nəticəsi olaraq konsulluq və səfirliyin məsul işçiləri onunla əlaqədədirlər, məsələ nəzarətdədir. Bizim səfirlik olaraq vəzifəmiz vətəndaşlarımızın hüquqlarını müdafiə etməkdir. O ki qaldı miqrantlarla bağlı digər məsələlərə, bildirmək istəyirəm ki, Rusiyada miqrantlarla bağlı siyasət sərtləşib, yalnız azərbaycanlılara qarşı deyil. Sənədlər yoxlanılır, qeydiyyatdan keçmə və s. məsələlərə daha sərt yanaşırlar. Təbii, bu, Rusiyanın daxili problemidir. Rusiya böyük ölkədir, orda işçi qüvvəsi çatmır, bu ciddi problemdir. Məsələn, qarşıdan qış gəlir. Küçələri qardan təmizləmək lazımdır, kimsə küçələri süpürməlidir, bazarlarda kimsə işləməlidir. Təbii ki, biz bu işlərə qarışa bilmərik, öz daxili işləridir. Amma inanıram ki, bu məsələ tənzimlənəcək”. P.Bülbüloğlu hazırda Azərbaycan-Rusiya münasibətlərində problem olmadığını vurğulayıb: “Dövlətlər arasında heç bir problem yoxdur, ictimai problemlər var. O da sirr deyil ki, bəzi miqrantlar özlərini düzgün aparmırlar, bəziləri cinayət törədirlər. Bu yaxınlarda bir azərbaycanlı bıçaqla birinin gözünü çıxardı. O biri azərbaycanlı bu günlərdə Moskvanın mərkəzində, Kutuzov prospektində maşınla iki motosikletçini vurub, onlardan biri yerində ölüb, digəri isə ağır yaralıdır. Çox heyif ki, belə hadisələr də olur, amma onları siyasiləşdirmək, millətlərarası, dövlətlərarası problem kimi qələmə vermək düzgün deyil. Vətəndaş hansısa hadisə törədibsə, hüquq çərçivəsində cəzasını almalıdır. Demək istəyirəm ki, Rusiya xarici ölkədir, sərt qanunları var. Ora gedənlər əvvəlcə Rusiya qanunlarını öyrənməlidir”. Səfir “İki ölkə arasında viza rejiminin tətbiqi gözlənilirmi?” sualını belə cavablandırıb: “Azərbaycan tərəfi buna hazırdır. Mən bunu rəsmən onlara bildirmişəm ki, əgər Rusiya bu məsələni qaldırsa, Azərbaycan qısa zamanda baxıb qərar verəcək”.




 
Bölməyə aid digər xəbərlər
24.04.2019
Baş Dövlət Yol Polisi İdarəsi vəBakı Beynəlxalq Avtovağzal Kompleksi birgə maarifləndirici tədbir keçirib
23.04.2019
Sumqayıtda yeni yaşayış məskənləri telefonlaşdırılacaq
23.04.2019
Masallı rayonundakı N.Gəncəvi adına 1 nömrəli tam orta məktəbində maraqlı tədbir
23.04.2019
“Qala Sığorta” və “Qala Həyat” tələbələrin sosial layihəsinə dəstək olub
23.04.2019
Prezident Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info