Azərbaycan-Özbəkistan arasında xalq simli musiqi alətləri ifaçılarının ilk onlayn – müsabiqəsi
Tarix: 11.09.2020 | Saat: 16:24:00 | E-mail | Çapa göndər




Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə cari ilin 10 sentyabr tarixində Azərbaycan-Özbəkistan arasında xalq simli musiqi alətləri ifaçılarının Beynəlxalq onlayn – müsabiqəsi keçirilib.
Qeyd edək ki, Azərbaycan və Özbəkistanın Milli konservatoriyalarının iştirakı ilə keçirilən müsabiqəyə Azərbaycan Mədəniyyət Nazirliyi müvafiq dəstək göstərir.
Tədbiri Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov giriş sözü ilə açaraq, Azərbaycan dövlətinin apardığı uğurlu mədəniyyət siyasətinin davamı olaraq Özbəkistandakı Heydər adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə hər iki ölkənin xalq simli musiqi alətləri üzrə ifaçılar arasında keçirilən beynəlxalq müsabiqə haqqında məlumat verib.
Xalqımıza məxsus hər bir alətin özündə tarixin silinməz izlərini daşıdığını bildirən diplomat həm Qobustandakı rəsmlərin üzərində, həm də “Kitabi-Dədə-Qorqud” dastanında milli musiqi alətlərinə dair məlumatların öz əksini tapdığını, dahi şairlərimiz Nizami Gəncəvinin, Əlişir Nəvainin, Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin poemalarında, qəzəllərində xalq çalğı alətlərinin adlarına rast gəlindiyini, rəssamlarımızın miniatürlarında, əsərlərində isə onların təsvir edildiyini söyləyib.
Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun layihəsi ilə muğam sənətinin, milli musiqi aləti olan tarın YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini bildirən S. Abbasov dövlətin dəstəyi ilə ölkəmizdə bu sahənin öz intibah dövrünü yaşadığını qeyd edib.
Daha sonra müsabiqənin Münsiflər heyəti təqdim olunub. Qeyd edək ki, onlar Azərbaycan Milli Konservatoriyanın Xalq çalğı alətləri kafedrasının müdiri, Əməkdar müəllim, professor Ramiz Əzizov, əməkdar artist, dosent, Beynəlxalq müsabiqələr laureatı Sahib Paşazadə, Özbəkistan Dövlət Konservatoriyasının baş müəllimi, "Nixol" Dövlət Mükafatı laureatı Uluqbek Yunusov, Özbəkistan Dövlət Konservatoriyasının professoru, "SOQDİANA" xalq çalğı alətləri Dövlət Kamera Orkestrinin bədii rəhbəri və dirijoru, Özbəkistanın əməkdar İncəsənət Xadimi Firuzə Əbdürəhimovadır.

Daha sonra müsabiqə işinə başlamışdır. Azərbaycandan gənc musiqiçilər Fərid Məmmədov, Hüseyn Quliyev, Vaqif Təhməzov, Sevinc Mirzəli, Mədinə Şahgəldiyeva, Behnam Məhəmmədəlizadə, Sultan Nadirov Özbəkistandan isə Şahzod Erkinov, Xurmat Rəhimov, Məhəmməd Əli Qasımov, Sancar Qodirov, Şöher Bəhromov, Faxriyor Kosimov, Rahmatilla Hamidullayev, Dilşod Meliboyev, Oqabək Əkrəmov xalq simli musiqi alətlərini ifa ediblər.
Qeyd edək ki, hər iki ölkənin simli musiqi alətləri üzrə keçirilən müsabiqədə ilkin olaraq tar-kaşkar rübabı, kamança-gicak və ud musiqi aləti üzrə nominasiyaları üzrə qaliblər seçiləcəkdir. 15 sentyabr tarixində müsabiqəni digər iştirakçılarının çıxışı nəzərdə tutulub.
Cari ilin 18 sentyabr tarixində Beynəlxalq musiqi günündə isə müsabiqənin qalibləri elan olunacaq və qalib musiqiçilərin iştirakı ilə onlayn Qala-konsert təşkil olunacaqdır.
Konsert Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin internetdə youtube.com portalında fəaliyyət göstərən onlayn kanalından və sosial şəbəkələr vasitəsi ilə canlı yayımlanacaqdır.




 
Bölməyə aid digər xəbərlər
22.10.2020
Türkiyəli müğənni “Qarabağ türküsü” səsləndirib
21.10.2020
“Geri dönüş” adlı kompozisiya hazırlanıb
20.10.2020
Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək
20.10.2020
Erməni əsilli aktrisadan Azərbaycana dəstək…
18.10.2020
“Azərbaycan rüzgarı” yenidən Türkiyə ekranlarında

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 Toyuğun bu hissəsi xərçəng yaradır
2 Meqan Markl sosial şəbəkələri narkotiklərlə müqayisə edib
3 Payız-qış aylarında yoluxmanın artacağı gözlənilən idi
4 “Bizdən bunu etməyi gözləməyin!“
5 “Cəbhə bölgəsində 1221 məktəb distant təhsilə keçib”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info