Daşınmaz əmlakın qeydiyyat sayı maksimum həddə çatıb
Tarix: 01.11.2013 | Saat: 15:03:00 | E-mail | Çapa göndər


Məlum olduğu kimi, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası növbəti "Doing Business-2014" hesabatını təqdim edib. Əmlak Məsələləri Dövlət Komitəsindən qəzetimizə bildirilib ki, "Doing Business-2014" hesabatı 10 müxtəlif göstərici üzrə 189 ölkəni əhatə edib. Hesabatın reytinq cədvəlində Azərbaycan daşınmaz əmlakın qeydiyyatına görə 13-cü yerdədir. Qeyd edilməlidir ki, daşınmaz əmlakın qeydiyyatı sahəsində Azərbaycanın tutduğu yer dünya üzrə ən yaxşı göstəricilərdəndir. Müqayisə üçün bildirək ki, hesabata əsasən, Azərbaycanın aid edildiyi Şərqi Avropa və Mərkəzi Asiya regionunda əmlakın qeydiyyatı üzrə orta göstərici 59-dur. Əmlakın qeydiyyatına görə, qonşu ölkələrdən Rusiya 17-ci, Türkiyə 50-ci, İran 168-ci yerdədir. Hesabatda ABŞ 25-ci, Avstriya 36-cı, Böyük Britaniya 68-ci, Almaniya 81-ci, Fransa isə 149-cu yerdə qərarlaşıb.
Azərbaycanın reytinqdə məhz ön sıralarda olmasının mühüm səbəbi son dövrlər daşınmaz əmlakın qeydiyyatı sahəsində gedən sürətli inkişaf, müasir informasiya-kommunikasiya texnologiyalarının və modern idarəetmə sistemlərinin tətbiqi, qeydiyyat prosedurlarının sadələşdirilməsidir. Qaydaların sadələşməsi ilə qeydiyyat müddətləri də kifayət qədər qısalıb. Sadələşmədən sonra vətəndaşlar mülkiyyət hüquqlarının təkrar qeydiyyatına dair çıxarışları 7 günə, əmlak barədə arayışları isə 1 günə əldə edirlər.
Müasir informasiya texnologiyalarının tətbiqi ilə Daşınmaz Əmlakın Milli Qeydiyyat Sistemi və vahid korporativ komputer şəbəkəsi yaradılıb. Komitə tərəfindən elektron xidmətlərin tətbiqinə başlanması bu prosesi daha da sürətləndirib. Hazırda 16 elektron xidmət vətəndaşların istifadəsindədir. Bu xidmətlərin cəmləşdiyi Elektron Xidmətlər Portalı yaradılıb. Elektron xidmətlər sayəsində heç bir yerə getmədən, əlavə vaxt sərf etmədən daşınmaz əmlakın qeydiyyatı üçün internet vasitəsi ilə on-layn müraciət etmək imkanları mövcuddur. Müraciətlərin elektron qəbulu qeydiyyat prosesini operativ və daha etibarlı edib. Elektron xidmətlər vasitəsilə artıq 7000-ə yaxın müraciət daxil olub ki, bu da vətəndaşların elektron xidmətlərimizə olan marağının sürətlə artmasının göstəricisidir.
Bütün bu fəaliyyətlərin nəticəsidir ki, son iki ildə daşınmaz əmlakın qeydiyyatı sürətlənmiş və əvvəlki illərlə müqayisədə son iki ildə daşınmaz əmlakın qeydiyyat sayı maksimum həddə çatıb. 2011-ci ildə 147 min, 2012-ci ildə isə bu rəqəm 151 min olub. Bu ilin 9 ayı ərzində isə artıq 130 minə yaxın daşınmaz əmlakın qeydiyyatı aparılıb.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən tezliklə təqdim ediləcək növbəti yenilik daşınmaz əmlaka dair arayışların, xüsusilə yüklülük barədə arayışların real vaxt rejimində verilməsi olacaq. Hazırda daşınmaz əmlakla bağlı hüquqi əməliyyatların notariat orqanları ilə “onlayn” rejimdə, yəni birbaşa internet vasitəsilə sürətli əlaqə yaradılmaqla aparılması istiqamətində ilkin hazırlıq işləri görülür. Daşınmaz əmlakın dövlət reyestrindən arayışların notariat idarələrinə real vaxt rejimində ötürülməsi, dövlət reyestrində olan məlumatların onlayn mübadiləsinə dair təkliflər hazırlanıb təqdim edilib. Bu məsələ Dünya Bankının dəstəyi ilə 2007-ci ildən indiyə kimi icra olunan “Daşınmaz Əmlakın Qeydiyyatı” Layihəsində də yer alıb.
Bu tədbirlərin icrası nəticəsində daşınmaz əmlakın qeydiyyatı prosedurları daha da sadələşəcək, daha operativ və şəffaf olacaq. Qeydiyyat müddətləri daha da qısalacaq və sənədləşdirmə prosesinə sərf olunan vaxta qənaət ediləcək.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.05.2019
Azərbaycan Çinə nar şirəsi və nar şərabı ixrac edəcək
20.05.2019
Arif Məlikovun xatirəsinə ucaldılacaq heykəllə bağlı Komissiya yaradılacaq
20.05.2019
İdxal əməliyyatlarının sahibkarların öz adlarına rəsmiləşdirilməsinə nail olunub
20.05.2019
Səudiyyə Ərəbistanı Kralı: “Qardaş Azərbaycan dövlətinə və xalqına davamlı inkişaf arzu edirəm”
20.05.2019
Azərbaycan məhsulları dünyanın “xırdavat mallar paytaxtı“na ixrac ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10783

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
3 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
4 Üç müharibə iştirakçısı olan general-mayor
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info