Stepan Mesiç: “Azərbaycan Xorvatiya üçün vacib tərəfdaşdır”
Tarix: 01.11.2013 | Saat: 16:30:00 | E-mail | Çapa göndər


“Azərbaycan Xorvatiya üçün vacib tərəfdaşdır”. Bu sözləri Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda iştirakçısı, Xorvatiyanın sabiq prezidenti Stepan Mesiç deyib. Forumun keçirilməsinin çox gözəl təşəbbüs olduğunu söyləyən Xorvatiyanın sabiq prezidenti bu beynəlxalq tədbirdə keçmiş prezidentlərin, Nobel mükafatı laureatlarının, tanınmış ictimai-siyasi xadim və digər nüfuzlu şəxslərin bir araya gələrək həlli vacib məsələləri müzakirə etmələrini yüksək qiymətləndirərək deyib: “Ən əhəmiyyətlisi isə odur ki, burada, tədbirin adından da göründüyü kimi, humanitar məsələlərə daha çox diqqət yetirilir, xalqlar arasında sülh, dostluq, qarşılıqlı anlaşma kimi zəruri dəyərlərlə bağlı təkliflər səsləndirilir. Humanizm qıtlığı yaşanan müasir dünyamızda isə bu, çox əhəmiyyətlidir. Bu Forumun daha geniş əməkdaşlıq yollarının axtarılması baxımından da önəmini xüsusi vurğulamaq istəyirəm”. Azərbaycan ilə Xorvatiya arasında əlaqələrin hərtərəfli inkişafı üçün möhkəm hüquqi bazanın olduğunu diqqətə çatdıran Xorvatiyanın sabiq prezidenti bir çox sahələrdə əlaqələrimizin inkişafı üçün də yaxşı perspektivlərin mövcudluğunu qeyd edib. Azərbaycanın iqtisadi inkişafının gündən-günə sürətləndiyini söyləyən Stpean Mesiç ölkəmizin Xorvatiya, eləcə də Avropa İttifaqına daxil olan digər dövlətlərlə əlaqələrinin genişlənməsinin əhəmiyyətindən danışıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsinə toxunan Xorvatiyanın sabiq prezidenti, yaxın gələcəkdə bu problemin həllinin tapılmasına ümidvar olduğunu bildirib.




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verilib
15.07.2019
Şamaxıda vikipediyaçıların üçüncü Vikidüşərgəsi baş tutdu
15.07.2019
İyulun 17-də Ay tutulması baş verəcək
14.07.2019
Sabahın hava proqnozu açıqlanıb
14.07.2019
Naftalanda 200 yerlik körpələr evi-uşaq bağçası üçün yeni bina tikilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info