Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
Tarix: 14.09.2020 | Saat: 18:27:00 | E-mail | Çapa göndər


Xarici ölkələrdə, o cümlədən, ABŞ və inkişaf etmiş Avropa dövlətlərində vətəndaşların dinc aksiyalarına qarşı şiddət və güc tətbiq olunur. Dünyanın qabaqcıl Avropa ölkələrindən biri olan Fransada polis orqanları ölkədə ictimai sabitliyi təmin etmək üçün hətta ifrat güc tətbiqindən belə çəkinmir.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, son günlər Fransada “sarı jiletlilər”in aksiyaları zamanı polis zorakılığı barədə çoxsaylı foto və videotəsvirlər yayılır:

“ABŞ, Britaniya, Almaniya, İspaniya və digər Qərb ölkərində kütləvi aksiyalar zamanı polislər etirazçılara qarşı amansız davranışları ilə seçilir. ABŞ-da, Avropa ölkələrində insan hüquqlarının pozulması həddində ifrat polis zorakılıqlarını, polislərin ağır fəsadlara yol açan hərəkətlərini “qeydə almayan”, özlərini insan hüquq və azadlıqlarının müdafiəçiləri elan edən beynəlxalq təşkilatlar və qurumlar Azərbaycanda polislərin qanuni tələblərinə tabe olmayanlara qarşı tədbirləri qəsdən konteksdən çıxarır, bunu tam fərqli biçimdə qələmə verməyə, təqdim etməyə çalışırlar.

Avropada etiraz aksiyalarında nümayişçilər polis zorakılığına məruz qalsa da, heç zaman bu məsələlər nə müzakirəyə çıxarılır, nə də etiraz edilir. Lakin Azərbaycanda ən xırda nöqsan baş verərsə, onun ətrafında böhtan və iftiralar atmağa çalışırlar.

Azərbaycan polisi vətəndaşlarla rəftarında daim nəzakətli və təmkinli olmağa çalışır, peşə fəaliyyətində güc tətbiqini ən son məcburiyyət kimi qəbul edir. Bakıda keçirilmiş son aksiyalar bir daha bu reallığı aydın göstərdi.

Azərbaycan polisləri ölkənin sabitliyi, vətəndaşların təhlükəsizliyi üçün böyük fədakarlıq nümayiş etdirir və bu, ölkə ictimaiyyəti tərəfindən təqdir edilir”.




 
Bölməyə aid digər xəbərlər
25.07.2020
Dünya Azərbaycanlıları Assambleyası xarici ölkələrdə ermənilərin təxribatları barədə Bəyanat yayıb
16.07.2020
Вот так Армения разрушает приграничные села Азербайджана
29.06.2020
Prezident və birinci xanım İçərişəhərdə aparılan bərpa işləri ilə tanış olublar-YENİLƏNİB
25.06.2020
Mingəçevirdə Dövlət Rəmzləri Muzeyi açılıb
22.06.2020
Prezident Neapol küçəsindəki yerüstü piyada keçidinin açılışında iştirak edib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 34 şagird və 21 işçidə koronavirus aşkarlanıb
2 Narşərab salatı
3 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
4 Azərbaycanda bu gündən yaşı 65-dən yuxarı olanlara yaşayış yerini tərk etməmək tövsiyə olunur
5 Xudatda əsgər ailələrinə yardım paylanılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info