Paola Kasaqranda: “Azərbaycanın iqtisadi inkişafı bu ölkəyə gələn hər kəsdə böyük təəssürat yaradır”
Tarix: 01.11.2013 | Saat: 16:51:00 | E-mail | Çapa göndər


“Azərbaycanın iqtisadi inkişafı bu ölkəyə səfərə gələn hər kəsdə böyük təəssürat yaradır. Mən Heydər Əliyev Fondu tərəfindən Romanın Kapitolini Muzeyində təmir işlərinin həyata keçirilməsinə göstərilən dəstəyə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təşəkkür edirəm”. Bu sözləri Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, İtaliya-Azərbaycan Assosiasiyasının prezidenti xanım Paola Kasaqranda deyib. Dialoq, müzakirə, debatların keçirilməsi baxımından forumun əhəmiyyətinə toxunan P.Kasaqranda belə bir mötəbər tədbirdə müxtəlif dövlətlərin sabiq prezidentlərinin iştirakını Azərbaycanın həm də həmin ölkələrlə əlaqələrinin inkişafına mühüm töhfə olacağını vurğulayıb. Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində uğurlu əməkdaşlığını yüksək qiymətləndirən P.Kasaqranda, ölkəmizin geosiyasi mövqeyinin bütün dövlətlər üçün açıq olduğunu qeyd edərək deyib: “Hazırda burada bir sıra irimiqyaslı layihələr həyata keçirilməkdədir. Ölkəniz, həmçinin qadınlara səsvermə hüququ verən ilk ölkələrdən biridir. Azərbaycanda müxtəlif dinlərə məxsus insanların ibadət etməsi üçün sinaqoq, kilsə və məscidlərin mövcudluğu bir daha ölkənizin bütün dinlərə sayğı ilə yanaşdığını nümayiş etdirir. Bütün dünyada tolerantlığı ilə hörmət qazanmış Azərbaycanda dövlət-din münasibətləri müvəffəqiyyətlə tənzimlənir”.




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Levan Çixeidze: Gürcüstan parlamenti Xocalı soyqırımını rəsmən tanımalıdır
21.02.2019
Müxalifət mitinqlərlə bağlı məsuliyyətdən niyə qaçır?
21.02.2019
Валентина Терешкова: не любить Азербайджан невозможно!
21.02.2019
Ərəstun Mehdiyev: Azərbaycan dövləti Əfqanıstan müharibəsinin veteranlarına hərtərəfli qayğı göstərir
20.02.2019
Öz liderinə xəyanət edənləri tarix bağışlamır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info