Səbail RİH Buxta 9 ünvanındakı evlərlə bağlı FHN-ə müraciət edib
Tarix: 17.09.2020 | Saat: 16:14:00 | E-mail | Çapa göndər


Səbil Rayon İcra Hakimiyyəti Bayıl yaşayış sahəsi, Buxta küçəsi 9 ünvanında baş vermiş uçqun və çökmə nəticəsində fərdi yaşayış evlərinin qəzalı vəziyyətdə olub-olmaması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət edib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq RİH-dən bildiriblər. Qeyd olunub ki, veriləcək rəyin nəticəsindən asılı olaraq Səbail Rayon İcra Hakimiyyəti tərəfindən ətrafda yerləşən digər fərdi yaşayış evlərinin köçürülməsi ilə əlaqədar qərar verilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət oluna bilər:

"Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsi 9 ünvanında qəzalı vəziyyətdə olan evlərə kompensasiya ödənişi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Sərancamına əsasən, qeyd olunan ünvanda təbii və texnogen amillərin təsirindən baş vermiş uçqun və çökmə nəticəsində qəzalı vəziyyətə düşmüş, ümumi sahəsi 937 kv.m. olan 21 fərdi yaşayış evinin sahibinə kompensasiyanın ödənilməsi nəzərdə tutulub. Hal-hazırda bu proses yekunlaşmaq üzrədir".




 
Bölməyə aid digər xəbərlər
23.10.2020
İsraildən Azərbaycana humanitar yardım
21.10.2020
Toy kasetimizi, fotoalbomu torpağa basdırdıq, düşünürdük ki, bir neçə gün sonra geri qayıdacağıq - Zəngilan sakini
20.10.2020
Xudatda əsgər ailələrinə yardım paylanılıb
19.10.2020
Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
18.10.2020
Azərbaycanda bu gündən yaşı 65-dən yuxarı olanlara yaşayış yerini tərk etməmək tövsiyə olunur

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 34 şagird və 21 işçidə koronavirus aşkarlanıb
2 Narşərab salatı
3 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
4 Azərbaycanda bu gündən yaşı 65-dən yuxarı olanlara yaşayış yerini tərk etməmək tövsiyə olunur
5 Xudatda əsgər ailələrinə yardım paylanılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info