Əvəz Temirxan: “Müxalifətin bir araya gəlməsinə İsa Qəmbər imkan verməyib”
Tarix: 01.11.2013 | Saat: 19:12:00 | E-mail | Çapa göndər


Lalə Şövkətin lider olduğu Azərbaycan Liberal Partiyası (ALP) Müsavat Partiyasının ittihamlarına cavab verib.
Sosial şəbəkələrdə yayılan ALP sədri Əvəz Temirxanın fikirlərində qarşı tərəfə ciddi ittahamlar səslənib. O deyib ki, Müsavat Partiyası ilə Azərbaycan Liberal Partiyası arasındakı münasibətlərin pozulmasında başqan İsa Qəmbər və onun ətrafı günahkardır.“Partiyanın sədri və onun yaxın ətrafı müxalifət daxilində təxribatlar və təfriqələrlə məşğuldur. Bu, bütün Müsavat Partiyasına aid deyil. Qeyd etdiyim kimi, yalnız partiya sədri və onun yaxın ətrafı ilə bağlıdır. Onlar müxalifət adı ilə nəticə etibarı ilə iqtidara sərf edən addımlar atır. Biz isə Müsavatın bu fəaliyyətinin qarşısını həmişə almışıq və onları açıq-aşkar ifşa etmişik. Hadisələrin səbəbi budur”.
Ə.Temirxan Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının da fikirlərinə münasibət bildirib. O hesab edir ki, Arif Hacılı özü və başqanı haqqında yüksək fikirdədir: “O, özü və başqanı haqqında çox yüksək fikirdədir. Onlar bizə güzəştə getməyib. Biz güzəştə getmişik ki, onlarla bir masa arxasında oturmuşuq, amma görünür ki, bu, özünü doğrultmayıb. Müxalifətdaxili pozuculuq fəaliyyəti ilə şəxsən İsa Qəmbər və onun yaxın ətrafı məşğuldur. 1993-cü ildən bu günədək”.
Partiya sədrinin fikrincə, müxalifətin bir araya gələ bilməməsi və vahid namizədin seçilə bilməməsində müsavat başqanı İsa Qəmbər günahkardır:
“Keçən ildən bu yana müxalifətin bir araya gəlməsinə İsa Qəmbər imkan verməyib. Biz vahid namizədi keçən ildən müəyyənləşdirməli idik”. Ə.Temirxan problemin həllini Müsavat başqanlığına partiyadan başqa birinin seçilməyində görür: “Bu, onların daxili işidir, bəlkə də mənim qarışmağıma ehtiyac yoxdur. Amma hesab edirəm ki, Müsavatın sədrliyinə partiyada olan çoxsaylı sağlam adamlardan biri gəlsə vəziyyət dəyişəcək. Bizim problemimiz Müsavat partiyası ilə deyil. Hətta bizim Müsavat başqanı və onun yaxın ətrafına qarşı da mənfi münasibətimiz yoxdur. Problem onların bizə qarşı düşmənçiliyindədir. Biz heç nəyi güzəştə getmirik, ona görə də onlar bu cür qıcıqlanır”.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Nazirliyi: Düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq
25.09.2018
“Fransızdilli” Ermənistanın Frankofoniya sərgüzəştləri
25.09.2018
Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək
25.09.2018
Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info