Forum iştirakçıları BSU-da olub
Tarix: 01.11.2013 | Saat: 19:25:00 | E-mail | Çapa göndər


Ölkəmizin mədəni həyatında mühüm əhəmiyyət kəsb edən III Beynəlxalq Humanitar Forum çərçivəsində Azərbaycana səfər etmiş xarici ölkə nümayəndələrinin bir qismi Bakı Slavyan Universitetinin(BSU) qonağı olaraq müəllim və tələbə kollektivi ilə görüşüblər.
BSU-dan “Palitra”ya verilən məlumata görə, qonaqlar sözügedən təhsil ocağında bir sıra görüşlər keçiriblər. Rusiyanın tanınmış ədəbiyyatşünası və tərcüməçisi, Moskva Dövlət Linqvistiq Universitetinin Ədəbiyyat kafedrasının müdiri, Rusiya yazıçılar birliyinin üzvü, filologiya elmləri doktoru, professor A.P.Bondarevlə maraqlı görüş baş tutub. Qonağı salamlayan Tərcümə fakültəsinin dekan əvəzi dosent K.Hacıyev onun universitetə gəlişindən şad olduğunu bildirib.
Çıxış edən professor Bondarev Bakıda dəfələrlə olduğunu qeyd edib: “Bu dəfəki gəlişimin səbəbi III Beynəlxalq Humanitar Forumudur. Forumda çıxış edəcəyim mövzu “Polisentrizm- çoxmədəniyyətliliyin dialoji forması kimi”. Nizami Gəncəvinin “Leyli və Məcnun” əsəri haqqında yazdığım məqalə sizin universitetin dərc etdiyi “Русский язык и литература в Азербайджане” jurnalında çap olunub”.
Qonaq MDLU-da fəaliyyət göstərən Azərbaycan dili və və mədəniyyət mərkəzindən də danışıb. O, vurğulayıb ki, bu gün MDLU-da Azərbaycan dili ikinci xarici dil kimi tədris edilir.
Bu görüşlər çərçivəsində Rusiyanın Ural Federal Universitetinin professoru Aleksandr Nesterov, Rusiya Elmlər Akademiyasının Dünya Tarixi İnstitutunun professoru Mixail Talalay və Piemonte Şərq Universitetinin (İtaliya) professoru Stefania Sini də BSU-da olublar. Qonaqların iştirakı ilə “Azərbaycanlılar II Dünya müharibəsində” mövzusunda dəyirmi masa keçirilib. Mixail Talalay İtaliyada işıq üzü görmüş “Azərbaycanlılar II Dünya müharibəsində” kitabı haqqında məlumat verərək bildirib ki, kitab II Dünya müharibəsi illərində əsir düşmüş azərbaycanlıların taleyindən bəhs edir. Kitabda həmvətənlərimizin faşizmə qarşı Müqavimət hərəkatında İtaliya partizanlarına köməyindən və kütləvi şəkildə qırğına məruz qalmalarından danışılır.
Professor Nesterov çıxışında bu kitab haqqında öz müsbət fikirlərini bildirərək onun aktuallığından söz açıb. Eyni zamanda vurğulayıb ki, yaxın gələcəkdə Yekaterinburqun Ural Federal Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin yaradılmasını səbirsizliklə gözləyir və bu mərkəzin fəaliyyəti Azərbaycançılığın inkişafına daha da böyük təkan verəcək.
Qonaqlar iştirakçıların çoxsaylı suallarını cavablandırdıqdan sonra gənclərlə faydalı görüş imkanı əldə etdiklərinə görə Beynəlxalq Forum çərçivəsində bölməyə həmsədrlik edən BSU-nun rektoru, professor Kamal Abdullayevə təşəkkürlərini bildiriblər. Sonda qonaqlara BSU-nun xatirə hədiyyələri təqdim edilib.

Tural





 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info