Milli Məclisin nümayəndə heyəti Rusiyaya rəsmi səfər edəcək
Tarix: 17.09.2020 | Saat: 18:01:00 | E-mail | Çapa göndər


Sentyabrın 21-də Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Rusiya Federasiyasına ilk rəsmi səfər edəcək.

Milli Məclisdən Trend-ə bildirilib ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatlarından və parlament Aparatının məsul işçilərindən ibarət rəsmi şəxslər daxildirlər.

Səfər zamanı Milli Məclisin Sədri Rusiya Federasiyası Federal Məclisi Federal Şurasının Sədri Valentina Motviyenko, Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının Sədri Vyaçeslav Volodin ilə görüşəcək, parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparacaq.

Səfər müddətində Milli Məclisin Sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federal Şurasının plenar iclasında çıxışı gözlənilir.

Rusiya Dövlət Dumasında olarkən Azərbaycan Respublikasının Milli Məclisi ilə Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması arasında əməkdaşlıq haqqında Sazişin imzalanma mərasimi keçiriləcək.

Milli Məclis Sədrinin Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov ilə görüşü nəzərdə tutulub.

Səfər çərçivəsində keçirilən görüşlərdə parlamentlər səviyyəsində mütəmadi səfərlərin həyata keçirilməsi, qanun yaradıcılığı prosesində təcrübə və informasiya mübadiləsi, nüfuzlu beynəlxalq təşkilatlarda nümayəndə heyətlərimizin iştirakı, regional münaqişələrin həlli yolları, iqtisadi, siyasi, mədəni, humanitar sahələrdə əlaqələrimizin daha da möhkəmləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Səfər sentyabrın 23-də başa çatacaq.




 
Bölməyə aid digər xəbərlər
22.10.2020
“Qarabağ mövzusunda Rusiya ilə mütəmadi əlaqələrimiz var“
21.10.2020
Azərbaycan və Türkiyə XİN başçılarının telefon danışığı olub
21.10.2020
Şuşadakı məbədə zərbə endirilməsi... - Erməni xisləti rus mediasında
21.10.2020
Hikmət Hacıyev Paşinyanın son açıqlamasına cavab verdi
21.10.2020
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin keçmiş üzvü Prezident İlham Əliyevə məktub göndərib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 Toyuğun bu hissəsi xərçəng yaradır
2 Meqan Markl sosial şəbəkələri narkotiklərlə müqayisə edib
3 Payız-qış aylarında yoluxmanın artacağı gözlənilən idi
4 “Bizdən bunu etməyi gözləməyin!“
5 “Cəbhə bölgəsində 1221 məktəb distant təhsilə keçib”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info