“Qarabağ”ın Avropa Liqasında mümkün rəqibləri bəlli olub
Tarix: 18.09.2020 | Saat: 00:51:00 | E-mail | Çapa göndər



Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

Apasport.az saytının məlumatına görə, avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan klubu “Qarabağ”ın növbəti rəqibi bəlli olacaq.
İsveçrənin Nyon şəhərindəki tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Mərasim iki hissədən – Əsas yol və Çempionlar yolunun püşkatmasından ibarət olacaq.
Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç “Molde”sinə uduzan “Qarabağ” Çempionlar yolunun püşkünü gözləyəcək. Burada iştirakçılar iki səbətə bölünəcək.

Səpələnmişlər səbətində Çempionlar Liqasının III təsnifat mərhələsində uduzan 5 komanda yer alacaq. Səpələnməmişlər isə Avropa Liqasının Çempionlar yolunun III təsnifat mərhələsinin 9 cütü və Çempionlar Liqasının II təsnifat mərhələsində uduzan “Lüdoqorets”lə “Tirana”dır. III təsnifat mərhələsinin 9 cütündən 8-nin tərkibi sentyabrın 17-də keçirilən görüşlərdən sonra dəqiqləşsə, bir matç başa çatdırılmayıb. “Ararat-Armeniya” – “Selye” cütü “Qarabağ”a rəqib ola bilməz. Bu səbəbdən Azərbaycan çempionu 8 cüt və ya 2 klubdan biri ilə üz-üzə gələcək.

Səpələnmişlər
“Qarabağ” (Azərbaycan)
“Dinamo” (Xorvatiya)
“Dinamo” (Brest, Belarus)
“Srvena Zvezda” (Serbiya)
“Yanq Boyz” (İsveçrə)

Səpələnməmişlər
“Sarayevo” (Bosniya və Herseqovina) - “Buduçnost” (Monteneqro) cütünün qalibi
“Şerif” (Moldova) – “Dandalk” (İrlandiya) cütünün qalibi
“Ararat-Armeniya” (Ermənistan) - “Selye” (Sloveniya) cütünün qalibi
“Riqa” (Latviya)/“Tre Fiori” (San-Marino) - “Seltik” (Şotlandiya) cütünün qalibi
“Kuopio” (Finlandiya) - “Suduva” (Litva) cütünün qalibi
“Legiya” (Polşa) – “Drita” (Kosovo) cütünün qalibi
“Klasksvik” (Farer adaları) - “Dinamo” (Tbilisi, Gürcüstan) cütünün qalibi
“Yurqorden” (İsveç) - ÇFR (Rumıniya) cütünün qalibi
“Floriana” (Malta) - “Flora” (Estoniya) cütünün qalibi
“Lüdoqorets” (Bolqarıstan)
“Tirana” (Albaniya)

Qeyd edək ki, III təsnifat mərhələsi sentyabrın 24-də, pley-off oktyabrın 1-də keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
22.10.2020
Çempionlar Liqasına ingilislər qələbə, ispanlar məğlubiyyətlə başlayıb
21.10.2020
Çempionlar Liqası: “Real Madrid” öz meydanında uduzub
21.10.2020
“Barselona“ 4 futbolçusu ilə müqaviləni yenilədi
21.10.2020
Çempionlar Liqası: “Barselona” darmadağınla qalib gəlib, PSJ uduzub
20.10.2020
“Sevincimin həddi-hüdudu yoxdur“

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 Toyuğun bu hissəsi xərçəng yaradır
2 Meqan Markl sosial şəbəkələri narkotiklərlə müqayisə edib
3 Payız-qış aylarında yoluxmanın artacağı gözlənilən idi
4 “Bizdən bunu etməyi gözləməyin!“
5 “Cəbhə bölgəsində 1221 məktəb distant təhsilə keçib”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info